Redaktor
Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU
Biznes dünyası bir cəngəllikdirsə, Riçard Branson onun içində ilan kimi qıvrıla-qıvrıla irəliləyən, qaydaları pozmaqdan qorxmayan nadir liderlərdəndir. O, Virgin brendini sadəcə bir şirkətə yox, yüzlərlə fərqli sahədə fəaliyyət göstərən qlobal bir sistemə çevirə bilib.
Valyuta.az xəbər verir ki, bu uğurun sirri isə təkcə strategiyada deyil - ruhda, cəsarətdə və insanlara münasibətdədir.
Branson üçün fürsət hazır olduqdan sonra deyil, ortaya çıxan anda dəyərləndiriləndə mənalıdır. O, düşünür ki, fürsət gələndə “hazır deyiləm” deməkdən çox, “edərəm” deyib sonra öyrənmək daha doğrudur. Bu cür riskli, lakin açıq yanaşma ona illərlə irəlidə olmağa şərait yaradıb.
Onun fəlsəfəsində biznes təkbaşına bir plan deyil, insanlarla bir yerdə qurulan sistemdir. Branson komandaya güvənməyin, insanlara sərbəstlik və etibar verməyin uzunmüddətli uğurun əsas təməli olduğunu deyir. Şirkət işçilərindən başlayaraq müştərilərə qədər hər kəsin səsini dinləmək, onların ehtiyaclarına uyğunlaşmaq onun uğur reseptinin ayrılmaz hissəsidir.
Branson biznesi sabit və sərt sistem kimi yox, dəyişən, qıvrılan və uyğunlaşan bir orqanizm kimi görür. Bugünkü uğur modeli sabah dəyişə bilər. Elə buna görə də Virgin bir vaxtlar musiqi şirkəti idi, sonra aviaşirkətə çevrildi, indi isə kosmik uçuşlara sərmayə qoyur. O inanır ki, biznesi ayaqda saxlayan onun yön dəyişdirmə qabiliyyətidir.
Və əlbəttə ki, uğursuzluqdan qorxmur. Branson açıq şəkildə deyir ki, bir çox layihəsi uğursuzluqla nəticələnib. Amma bu, dayanmaq üçün səbəb deyil. Əksinə, bu səhifələr yeni mərhələnin başlanğıcıdır. Onun fikrincə, planlar dəyişə bilər, amma irəli getmək istəyi dəyişməməlidir.
Bu səhər özündən soruş: bəlkə sən də bir az daha elastik, bir az daha riskli, amma daha azad şəkildə yol almalıydın? Çünki bəzən uğur, düz xətdən deyil - qıvrıla-qıvrıla gedilən yoldan gəlir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026