Redaktor
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
Bir çox müəssisələrdə işçilərə müəyyən müddət çalışdıqdan sonra “ərizə yaz, işdən çıx” tələbi irəli sürülür. Yəni faktiki olaraq işəgötürən əmək münasibətlərinə xitam vermək istəyir, lakin bunu rəsmən öz təşəbbüsü ilə etməyərək, işçinin özünün ərizə yazmasını tələb edir. İşçi də bildirir ki, ərizə yazmaq istəmir.
Bu zaman proses necə tənzimlənir?
Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov Valyuta.az-a bildirib ki, əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tənzimlənir və əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları bu sənəddə açıq şəkildə göstərilib:
"Əmək müqaviləsinə xitam verilməsi yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. İşəgötürənin “ərizə yaz, işdən çıx” kimi təklif və ya tələb irəli sürməsi qanunvericiliyin müddəalarına ziddir. İşdən çıxmaq üçün ərizə təqdim olunması yalnız işçinin şəxsi təşəbbüsünə əsaslana bilər. Əgər bu təşəbbüs işəgötürənin yönləndirməsi ilə baş verirsə, bu artıq əmək hüquqlarının pozulması sayılır".

N.Xəlilov qeyd edib ki, Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən hallarda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər: "Bu hallara müəssisənin ləğvi, ştatların ixtisarı, işçinin əmək funksiyalarını pozması, sınaq müddətində özünü doğrultmaması və digər əsaslar daxildir. Yəni əmək müqaviləsinə bir çox əsaslarla yanaşı bu iki halda da xitam verilə bilər: ya işçi öz iradəsi ilə ərizə yazaraq işdən çıxmaq istəyini ifadə edir, ya da işəgötürən qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad edərək müqaviləyə xitam verir".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“ChatGPT”nin Azərbaycanda bazar payı açıqlandı
03.03.202616 ildir fəaliyyət göstərən bağça bağlandı
03.03.2026Mərkəzi Bankın valyuta ehtiyatları artıb
03.03.2026Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI
03.03.2026“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb
03.03.2026Nazir İradə Xəlilovaya vəzifə verdi
03.03.2026"Apple" "iPhone 17e"ni təqdim etdi - Qiymət
03.03.2026Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib
03.03.2026İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
03.03.2026“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə
03.03.2026Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
03.03.2026