Redaktor
Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu - Dənizkənarı Bulvar İdarəsi informasiya sistemləri və ehtiyatlarını qismən “Hökumət buludu”na köçürüb. İdarə İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” tərəfindən quruma Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.
“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər16 ildir fəaliyyət göstərən bağça bağlandı
03.03.2026Mərkəzi Bankın valyuta ehtiyatları artıb
03.03.2026Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI
03.03.2026“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb
03.03.2026Nazir İradə Xəlilovaya vəzifə verdi
03.03.2026"Apple" "iPhone 17e"ni təqdim etdi - Qiymət
03.03.2026Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib
03.03.2026İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
03.03.2026“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə
03.03.2026Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
03.03.2026