Regionda uçot faiz dərəcəsi hansı ölkədə daha yüksəkdir?

Redaktor

05.02.2026 14:16
152

Regionda uçot faiz dərəcəsi hansı ölkədə daha yüksəkdir? - SİYAHI

Azərbaycan Mərkəzi Bankının 4 fevral 2026-cı il tarixli qərarı ilə uçot faiz dərəcəsi 6,75%-dən 6,5%-ə endirilib.

Valyuta.az "Yeniavaz.com"a istinadən xəbər verir ki, Mərkəzi Bankın bu qərarından sonra Azərbaycan uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkələrin sıralamasında 50-ci sıradan 54-cü sıraya yüksəlib.

Bu o deməkdir ki, Azərbayacan uçot faiz dərəcəsinin ən yüksək olduğu 54-cü ölkə hesab olunur.

Məlumat üçün qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (6,5%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 6 500 manat ödəməli olacaq.

Qeyd edək ki, uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkə isə Venesuela hesab olunur. Bu ölkədə uçot faiz dərəcəsi 58,6% təşkil edir. Uçot faiz dərəcəsinin yüksək olduğu ölkələrin sıralamasında ilk yerlərdə 37%-lə Türkiyə, 35%-lə Zimbabve, 29%-lə Argentina, 27%-lə Nigeriya, 26%-lə Malavi, 23%-lə İran, 20%-lə Misir qərarlaşıb. Ən aşağı uçot faiz dərəcəsi Fici (0,25%), Kambocia (0,42%), Yaponiya (0,75%), Sinqapur (0,98%) və Tailandda (1,25%) qeydə alınıb.

Keçmiş SSRİ və region ölkələrində isə uçot faiz dərəcələri belə olub:

Türkiyə - 37%;

İran - 23%;

Qazaxıstan - 18%;

Rusiya – 16%;

Ukrayna - 15%;

Özbəkistan - 14%;

Qırğızıstan - 11%;

Belarus – 9,75%;

Gürcüstan - 8%;

Tacikistan - 7%;

Azərbaycan -6,5%;

Ermənistan -6,5%;

Moldova - 5%.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ziyarət etməyə dəyər 7 yer: Sizi əbədi olaraq dəyişəcək

05.02.2026

Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil

05.02.2026

"Nike" şirkəti ağdərili işçilərə qarşı ayrı-seçkilikdə ittiham olunur

05.02.2026

Rekord qırıldı: Kvant materialları indi əvvəlkindən daha yaxındır

05.02.2026

Gemini tətbiqi aylıq 750 milyon aktiv istifadəçini keçib

05.02.2026

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

05.02.2026

"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı

05.02.2026

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

05.02.2026

"Google" süni intellekt xərclərini iki dəfə artırır

05.02.2026

Bu icra başçılarının müavinləri ixtisara düşdü

05.02.2026

“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb

05.02.2026

Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü nələrdir?

05.02.2026

"Rabitəbank" ASC tender elan edir ®

05.02.2026

Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatdı

05.02.2026

Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?

05.02.2026

Sağalmaz xəstəliklərdən sığorta ödənişləri 3 dəfədən çox artıb

05.02.2026

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

05.02.2026

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

05.02.2026

"Bir çox sahədə təklif olunan maaşlar gənclərin yaşayış xərclərini ödəmir"

05.02.2026

Jaspreet Singh: 2026-cı ilin ən böyük investisiya tələsi

05.02.2026

Məzənnə

Yüklənir...