Redaktor
"Youtube"un yeni, gözlənilməz funksiyaları nələrdir?
Video paylaşım platforması “YouTube” fəaliyyətə başlamasının 20-ci ildönümünü qeyd edib.
Valyuta.az xəbər verir ki, 2005-ci ildə yayımlanan 19 saniyəlik ilk video ilə internet dünyasına daxil olan platforma bu günə qədər 20 milyarddan çox videoya ev sahibliyi edib. Yubiley münasibətilə “YouTube” istifadəçi təcrübəsini daha da yaxşılaşdırmağa yönəlik yeni funksiyalar və vizual dəyişikliklər təqdim edib.
Platformaya əlavə edilən əsas funksiyalar:
Funksiyalar arasında fərdiləşdirilə bilən görüntü ayarları, sürətli izləmə funksiyaları və valideyn nəzarətinə dair yeni seçimlər xüsusilə diqqət çəkir.
“YouTube” TV-də çoxlu görüntü dəstəyi: Fərqli mövzularda videoların eyni anda izlənməsinə imkan verən bu funksiya ilkin olaraq məhdud sayda kanalda istifadəyə veriləcək.
Şərhlərə səsli cavab: Daha öncə məhdud sayda istifadəçiyə təqdim olunan bu funksiya, artıq daha geniş auditoriyaya açıqdır.
"Ask Music" funksiyası: “YouTube Premium” və “YouTube Music” istifadəçiləri musiqi zövqlərinə uyğun avtomatik radio stansiyası yarada bilirlər. Funksiya hələlik yalnız bəzi ingilisdilli ölkələrdə aktivdir.
Mobil cihazlarda 4x sürətli izləmə rejimi: Premium istifadəçilər üçün mobil tətbiqlərdə əlavə sürət seçimi təqdim olunub.
TV tətbiqində yenilənmiş interfeys: Yay aylarından etibarən TV-də izləmə zamanı istifadəçi təcrübəsi daha da sadələşdiriləcək.
Ekran kilidi və yuxu taymeri: Mobil istifadəçilər üçün əlavə rahatlıq təqdim edən bu funksiyalar videonun təsadüfən dayandırılmasının qarşısını alır.
Shorts videolarına əlaqəli məzmun əlavə etmək: İstifadəçilər qısa videolara uzun formatlı videolar və canlı yayımlar əlavə edə bilirlər.
“YouTube Kids” üçün fərdi məzmun seçimi: Valideynlər uşaqların izlədiyi videoları əl ilə seçə bilirlər.
Masaüstü üçün klaviatura qısa yolları: İzləmə zamanı yön düymələri və boşluq klavişləri ilə daha rahat naviqasiya təmin edilir.
"Song Search" funksiyası: Android cihazlarda istifadəçilər mırıldanaraq və ya oxuyaraq mahnı axtara bilirlər.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTürkiyəyə 232 manata ixrac edilən eyni məhsul Rusiyaya 2544 manata satılıb
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”
12.03.2026Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub
12.03.2026DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir
12.03.2026Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq
12.03.2026Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər
12.03.2026"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb
12.03.2026"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır
12.03.2026Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
12.03.2026"Replit" 400 milyon dollar investisiya cəlb edib
12.03.2026