Redaktor
"Qala Sığorta"nın xalis mənfəəti 48% azalıb
"Qala Sığoerta" şirkətinin 2026-cı ilin ilk yarısı üzrə ümumi gəlirləri 37 milyon 827 min 731 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründəki 46 milyon 866 min 849 manata nisbətən 9 milyon 39 min 119 manat və ya 19,31% azdır.
Şirkətin əsas əməliyyat gəlirləri də həmçinin 50 milyon 214 min 442 manatdan 31 milyon 831 min 11 manata enərək 36,6% azalıb.
İnvestisiya gəlirləri isə 2 milyon 727 min 267 manatdan 2 milyon 303 min 88 manata düşərək 15,55% geriləyib.
Bununla yanaşı, ötən ilin ilk yarısında 9 milyon 182 min 986 manat mənfi olan xalis sığorta ehtiyatlarının dəyişməsi bu il 3 milyon 453 min 644 manat müsbət olub.
Şirkətin 2026-cı ilin ilk yarısında ümumi xərcləri 33 milyon 404 min 610 manat təşkil edib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 38 milyon 417 min 98 manatla müqayisədə 5 milyon 12 min 488 manat və ya 13,05% azdır.
Əsas əməliyyat xərcləri illik müqayisədə 27 milyon 617 min 238 manatdan 21 milyon 724 min 745 manata enərək 5 milyon 893 min 493 manat və ya 21,34% azalıb.
Bununla yanaşı, işlərin aparılması xərcləri 10 milyon 792 min 732 manatdan 10 milyon 993 min 745 manata yüksələrək 201 min 13 manat və ya 1,86% artıb.
Sığorta şirkətinin maliyyə mənfəəti isə 8 milyon 449 min 752 manatdan 4 milyon 423 min 121 manata enərək 4 milyon 26 min 631 manat və ya 47,65% azalıb.
Mənfəət vergisi xərci 1 milyon 689 min 950 manatdan 884 min 624 manata düşüb. Bu, 805 min 326 manat və ya 47,65% azalma deməkdir.
Nəticədə şirkətin xalis mənfəəti ötən ilin ilk yarısındakı 6 milyon 759 min 801 manatdan bu ilin eyni dövründə 3 milyon 538 min 497 manata enib. Beləliklə, xalis mənfəət 3 milyon 221 min 305 manat və ya 47,65% azalıb.
Şirkətin 2026-cı il iyunun 30-na həm ümumi aktivləri, həm də ümumi öhdəlikləri 64 milyon 916 min 416 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövründəki 72 milyon 566 min 985 manatla müqayisədə 7 milyon 650 min 569 manat və ya 10,54% azalıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026