Redaktor
Peşə məktəblərində də təhsil haqqı artırılacaq?
"Peşə təhsilində ödəniş haqlarında bir dəyişiklik yoxdur. Lakin növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var".
Bu barədə "Trend"ə özəl müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, son iki ildə peşə təhsilində adambaşına maliyyələşmə metodundan istifadə edilir.
"Adambaşına maliyyələşməyə keçid bizə imkan verir ki, peşə təhsili müəssisələrində tələbə hazırlığına lazım olan xərclər daha real qiymətləndirilsin. Gəlin razılaşaq ki, Azərbaycanda ödənişli əsaslarla peşə təhsilində tələb olunan ödəniş haqqı təhsil üçün çox aşağıdır. Yəni 650 manata keyfiyyətli qaynaqçı hazırlamaq mümkün deyil. Amma hazırda qaynaqçı ixtisası üzrə təhsil haqqı 650 manatdır. Bir çox hallarda müəyyən edilən ödənişlər bizə müəllimlərin əməkhaqlarını ödəməyə imkan vermir. Bu reallıqdır və bir çox müəssisəmizdə bu kimi hallar mövcuddur.
Adambaşı maliyyələşməyə keçdiyimiz müəssisələrdə bir sıra ixtisaslarda artıq qiymətlər fərqlənir. Məsələn, qaynaqçı, kompüterlərin təmiri üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisaslarında qiymətlər fərqlidir. Biz bilirik ki, kargüzarlıq üzrə mütəxəssis hazırlanması ilə qaynaqçı hazırlanmasının qiymətləri eyni deyil. Çünki kargüzarlıqda istifadə etdiyimiz material, elektrik enerjisi sərfiyyatı çox aşağı olduğu halda, qaynaqçı ixtisasında bu daha çoxdur. Eynilə kibertəhlükəsizlik üzrə texnik hazırlayırıqsa, başa düşməliyik ki, bu sahədə keyfiyyətli tədris keçə bilən müəllimlərin əməkhaqqı tələbləri daha yüksəkdir. Bu baxımdan növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var", - deyə C.Kərəmov əlavə edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026