Özünü göstərən işçi olmaq, yoxsa başını aşağı salıb işləmək?

Redaktor

28.01.2026 13:35
590

Özünü göstərən işçi olmaq, yoxsa başını aşağı salıb işləmək?

Hər gün işə gedirik. Kompüter arxasında saatlarla oturur, iclaslara qatılır, tapşırıqları yerinə yetiririk. Amma bəzən özümüzə sual veririk: “Bütün bunlar görülürmü? Qiymətləndirilirmi?” Yoxsa sadəcə başını aşağı salıb işləyənlər “görünməz” olur, səsini çıxaranlar isə “daha vacib” görünür?"

Özünü göstərən işçi olmaq, yoxsa başını aşağı salıb işləmək? Bu günün tələbi nədir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan İnsan Resursları mütəxəssisi Pərvanə Həsənova bildirib ki, davamlı inkişaf edən və dəyişən biznes mühitində əsas resurs olan işçilərin fəaliyyət prinsipləri və işə yanaşmaları da dəyişir:

"İnsanların iş və həyat balansına münasibətlərindəki fərqlər, işəgötürənlərin əməkdaşlardan gözləntiləri, tərəflərin hüquq və vəzifələrinin yenidən formalaşması bu proseslərə bilavasitə təsir göstərir. Müasir iş yerlərində işçilərin öz fəaliyyətlərinə yanaşmaları və bu fəaliyyəti necə təqdim etmələri həm rəhbərlik, həm də kollektiv baxımından əhəmiyyətli hesab olunur. Ümumi mənzərəyə nəzər salsaq, işçiləri bir neçə kateqoriyaya ayırmaq mümkündür: başını aşağı salıb bütün günü işləyənlər, işləməkdən çox nümayiş etdirməyə çalışanlar, enerjisini və vaxtını işə sərf edənlər, işdə vaxt keçirib daha çox şəxsi işlərinə fokuslananlar və s. Bəs bu kateqoriyalardan hansına daxil olan əməkdaş “ən yaxşı işçi” hesab edilə bilər? Cavab aydındır: heç biri. Çünki istənilən halda işçi insandır. Hər bir insanın da iş-həyat balansı normaya uyğun olmalıdır. Bu balans pozulduqda isə sağlamlıq problemləri, münasibətlərin gərginləşməsi, karyera yolunda hər iki tərəfə vurulan zərbələr, nəticədə isə biznesə dəyən zərərlər və korporativ mühitin zədələnməsi kimi neqativ halların baş verməsi qaçılmaz olur".

“Ən yaxşı işçi kimdir?” yox, “İş mühitinə və cəmiyyətə ən uyğun əməkdaş necə formalaşır və necə davranır?” sualı verilməlidir

P.Həsənova qeyd edib ki, qanunvericiliyə əsasən, hər bir işçinin hüquq və vəzifələri mövcuddur:

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunduğu kimi, işçinin əsas vəzifəsi əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyasını vicdanla yerinə yetirməkdir. Yəni hər bir işçi öz işini məsuliyyətlə yerinə yetirməlidir. Lakin təkcə bu, kifayət edirmi? İş yerində görülən fəaliyyətlər bütövlükdə biznes proseslərinin tərkib hissəsidir. Lakin görülən işlərin xülasəsini daha uyğun formada təqdim etmək bacarığı da çox önəmlidir. Əgər əməkdaş rəhbərliyə və kollektivə unudulan məqamları, müqayisələri, hesabatlılıq mexanizmlərini və yeni təklifləri dolğun və düzgün təqdim edə bilirsə, bu, yeni ideyaların və təşəbbüslərin dəyərləndirildiyi sağlam bir iş mühitinin yaranmasına zəmin yarada bilər. Belə şəraitdə isə çalışqan və ya “çalışırmış kimi görünən” əməkdaş arasında fərq daha aydın görünür. Daha güclü korporativ mühitin formalaşması üçün işçilərə yalnız çalışmaq deyil, eyni zamanda öz fəaliyyətlərini təqdim edə bilmək üçün şərait yaradılmalıdır. Bu, həm onların motivasiyasını artırır, həm də ümumi iş atmosferinə müsbət təsir edir. Unutmaq olmaz ki, insan psixoloji varlıqdır. O, həm rasionallığa, həm də emosiyalara malikdir. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, sadəcə gündəlik vəzifələrini yerinə yetirməklə kifayətlənən və gördüyü işləri paylaşmayan əməkdaş öz inkişafını da məhdudlaşdıra bilər. Halbuki, “Bu gün mən də bu biznesin inkişafına töhfə verdim” düşüncəsi ilə çalışan əməkdaş həm daha motivasiyalı olur, həm də korporativ mədəniyyətə dəyər qatır. Gün ərzində ən enerjili saatlarını işdə keçirən əməkdaşların daha yaxşı mühitdə zaman keçirməsi həm də iş-həyat balansının düzgün qurulmasına təsir edir. Çalışaq ki, işimizə daha vicdanla yanaşaq, qeyri-düzgün davranış nümayiş etdirməyək. Balanslı həyat, daha sağlam münasibətlər, qərəzsiz yanaşma, daha yaxşı korporativ mühit və cəmiyyət üçün hamımız əlimizdən gələni edə bilməliyik".            

Mayya Hüseynova        

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Fed" ilin ikinci faiz qərarını açıqladı

"Fed" ilin ikinci faiz qərarını açıqladı

18.03.2026

İlham Əliyevin Xanoba sakinləri ilə görüşündən görüntülər - VİDEO

18.03.2026

Dünyanın ən bahalı 10 lüks avtomobili - Onlardan birini almaq üçün ən azı 2,4 milyon dollar tələb olunur

18.03.2026

"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur

18.03.2026

Növbəti 5 ildə dünyada batareyalar üçün vacib olan bir metal çatışmayacaq

18.03.2026

Ferrari "Amalfi Spider" modelini təqdim edib

18.03.2026

Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

18.03.2026

Zibilxanalardakı xəzinələr: Kompüterlərdən serum vasitəsilə qızıl çıxarmaq olacaq

18.03.2026

ABŞ-dan Azərbaycana birbaşa investisiyalar 36,4% artıb

18.03.2026

ABB xarici bankda nəzarət səhm paketi alır

18.03.2026

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

Məzənnə

Yüklənir...