Redaktor
"Oracle" səhmlərindəki artım Larri Ellisonun sərvətini 300 milyard dollara çatdırdı
"Oracle" şirkətinin həmtəsisçisi Larri Ellison şirkətin səhmlərinin son beş gündə 28 faiz bahalaşması fonunda dünyanın ən varlı insanları siyahısında yenidən ikinci pilləyə yüksəlib.
Valyuta.az xəbər verir ki, bazarların çərşənbə axşamı bağlanışı zamanı Ellisonun sərvəti təxminən 296 milyard dollar qiymətləndirilib. Bununla da o, "Google"un həmtəsisçisi Larri Peyci geridə qoyub. Hazırda siyahıda onun önündə yalnız təxminən 826 milyard dollarlıq sərvətə malik İlon Mask qərarlaşır.
"Oracle" səhmləri bazar ertəsi 10 faizdən çox yüksəlsə də, çərşənbə axşamı 1,4 faiz geriləyib. Eyni zamanda, "Google"un ana şirkəti olan "Alphabet"in səhmləri son beş gündə 6 faiz ucuzlaşıb. Şirkətin süni intellekt infrastrukturunun maliyyələşdirilməsi üçün 80 milyard dollarlıq səhm satışı planını açıqlamasından sonra Larri Peyc və Sergey Brinin hər biri təxminən 10 milyard dollar itirib.
Ekspertlər bildirirlər ki, süni intellekt sahəsindəki investisiya yarışı texnologiya milyarderlərinin sərvətlərinə fərqli təsir göstərir. "Oracle" bu sahədəki yüksəlişdən faydalanarkən, böyük infrastruktur xərcləri "Alphabet" kimi şirkətlər üzərində təzyiq yaradır.
Qeyd edək ki, Larri Ellison 2025-ci ilin sentyabrında qısa müddət ərzində dünyanın ən varlı şəxsi tituluna da sahib olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərFermerlərin kredit faizlərini dövlət ödəyəcək
10.06.2026"Apple" abunəlik sistemini kökündən dəyişir
10.06.2026“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?
10.06.2026Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir
10.06.2026Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"
10.06.2026Sabah 33 dərəcə isti olacaq
10.06.2026Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb
10.06.2026Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib
10.06.2026Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL
10.06.2026TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi ®
10.06.2026Əmək müqavilələrinin sayı açıqlandı
10.06.2026“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib
10.06.2026Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir"
10.06.2026"BYD" rəhbəri: Şirkət 5 il ərzində dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək
10.06.2026Tamerlan Rüstəmov: "Ani ödənişlərdə fırıldaqçılıq risklərinin artması gözləniləndir"
10.06.2026Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq
10.06.2026