Redaktor
"OpenAI" və "Microsoft"un maliyyə razılaşmasının detalları sızdırıldı
Sızdırılmış sənədlər "OpenAI"nin "Microsoft"la gəlir bölgüsü mexanizmini bir qədər də aydınlaşdırıb.
Valyuta.az xəbər verir ki, məlumata görə, 2024-cü ildə "OpenAI" "Microsoft"a 493,8 milyon dollar, 2025-ci ilin ilk üç rübündə isə 865,8 milyon dollar həcmində gəlir payı verib. Bu ödənişlərin, şirkətlər arasında daha əvvəl razılaşdırılan 20%-lik gəlir paylaşımı çərçivəsində həyata keçirildiyi güman olunur.
Eyni zamanda "Microsoft"un da Bing və Azure "OpenAI" xidmətindən əldə etdiyi gəlirin təxminən 20%-ni "OpenAI"yə geri ödədiyi bildirilir. Şirkətin Azure və Bing üzrə gəlirləri açıqlanmadığı üçün dəqiq rəqəmləri hesablamaq mümkün deyil.
Sızan məlumatlar OpenAI-nin sürətlə artan xərclərinə də işıq salır. Analizlərə görə, şirkətin “inference” - yəni, modellərin cavab yaratması üçün istifadə olunan hesablamalar üzrə xərcləri 2024-cü ildə 3,8 milyard dollar, 2025-ci ilin ilk doqquz ayında isə 8,65 milyard dollar olub. Bu isə "OpenAI"nin bəzən əldə etdiyi gəlirdən daha çox xərc çəkdiyini göstərir.
Mütəxəssislər hesab edirlər ki, dünyanın ən iri AI şirkətlərindən biri belə xərclərini tam qarşılaya bilmirsə, bu, süni intellekt sektorundakı yüksək qiymətləndirmələr və “AI balonu” haqda narahatlıqları daha da gücləndirə bilər.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərEv alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026