"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

Redaktor

23.01.2026 20:47
189

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

Etibarlı mənbə kimi tanınan insayder “Moore’s Law is Dead”in məlumatına görə, “Nvidia” qarşıdakı altı ay ərzində “GeForce RTX 50” seriyasına daxil olan demək olar bütün modellərin istehsalını faktiki olaraq dayandırır.

Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, şirkət süni intellekt (Al) sahəsindəki müştərilərdən daxil olan sifarişlərin həcmini əvvəlcədən düzgün qiymətləndirməyib. Nəticədə “Nvidia” istehsal güclərini təcili şəkildə süni intellekt üçün nəzərdə tutulmuş sürətləndiricilərin xeyrinə yenidən bölüşdürməyə məcbur qalıb. Bu isə oyunçular üçün nəzərdə tutulan GPU-ların əlçatanlığına birbaşa mənfi təsir göstərəcək.

Yaxın aylarda “GeForce RTX 5090”, “RTX 5070 Ti”, 16 GB yaddaşa malik “RTX 5060 Ti” və “RTX 5060” modelləri pərakəndə satışdan demək olar ki, tamamilə yox ola bilər. Satışda yalnız məhdud sayda “GeForce RTX 5080”, “RTX 5070” və 8 GB-lıq “RTX 5060 Ti” versiyaları qalacaq. Oxşar siqnallar daha əvvəl digər mənbələrdən də gəlmişdi. “Nvidia” rəsmi açıqlama versə də, “Moore’s Law is Dead” şirkətin səmimiliyinə şübhə ilə yanaşır.

Büdcə seqmentində yaranan boşluğu qismən doldurmaq üçün “Nvidia” “RTX 3060” (12 GB) modelinin istehsalını bərpa edir. Bu videokart süni intellekt çipləri üçün tələb olunan bahalı yaddaşla rəqabət aparmayan GDDR6 yaddaşından istifadə edir.

İnsayder vəziyyətin tezliklə yaxşılaşacağına ümid etməyi tövsiyə etmir və videokart almağı məhz indi məsləhət görür. Onun sözlərinə görə, qarşıdakı yarım il ərzində həm əlçatanlıq, həm də qiymətlər baxımından durum daha da pisləşəcək.

Qeyd edək ki, daha əvvəl media “GeForce RTX 50 Super” videokartlarının ləğv edilə biləcəyi barədə yazmışdı. Bu modellər oyunçulara daha böyük VRAM həcmi təklif etməli idi. Məlumatlara görə, “Nvidia” diqqəti proqram təminatına yönəldəcək və bazarda artıq buraxılmış modellər hesabına rəqabəti davam etdirəcək.

Bundan əlavə, NAND yaddaş istehsalçıları arasında ən iri şirkətlərdən biri olan “Kioxia” bəyan edib ki, “1 TB-lıq SSD-lərin 50 dollara satıldığı ucuz dövr artıq başa çatıb”. Şirkətin proqnozuna görə, bərkdisqli yaddaşların qiymətləri ən azı 2027-ci ilə qədər yüksək səviyyədə qalacaq.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...