Redaktor
Niyə pulumuzu idarə etməkdə çətinlik çəkirik? - SƏHƏR OXUSU
Maliyyə savadlılığı mövzusu xüsusilə gənc peşəkarlar arasında aktual olsa da, reallıq göstərir ki, insanların böyük əksəriyyəti pulunu effektiv şəkildə idarə edə bilmir. Aparılan müşahidələrə görə, əksər gənclərin nə aydın büdcəsi var, nə vergi güzəştlərindən istifadə edir, nə də uzunmüddətli yığım və investisiya planı mövcuddur. Üstəlik, bir çoxu borc içində olsa da, bu borcdan necə çıxacağına dair konkret strategiya formalaşdırmayıb.
Mütəxəssislər bildirir ki, bunun səbəbi təkcə gəlirin az olması deyil. Pulun idarə edilməsində çətinlik yaradan bir sıra psixoloji və sistemli amillər mövcuddur.
Valyuta.az pul çatışmazlığı şəraitində maliyyə qərarlarının niyə daha çətin verildiyini təqdim edir.
Keyfiyyətli maliyyə məlumatına çatmaq çətindir
Sadə görünən bir maliyyə qaydası var: Gəlir = Xərc + Yığım/İnvestisiya. Lakin bu balansı qorumaq real həyatda kifayət qədər çətindir. İnsanlar tez-tez belə suallarla üzləşir: Borcu əvvəl bağlamaq daha doğrudur, yoxsa investisiya etmək? Pul hansı alətlərə yönəldilməlidir?
İnformasiya bolluğu da vəziyyəti çətinləşdirir. Sosial şəbəkələr - "YouTube", "TikTok", bloqlar və şəxsi məsləhətlər arasında düzgün və etibarlı mənbəni seçmək asan deyil. Mütəxəssislər tövsiyə edir ki, “tez varlanma” və ya “gizli investisiya fürsəti” vəd edən mənbələrə ehtiyatla yanaşmaq, məsləhətləri bir neçə mənbə ilə yoxlamaq vacibdir.
Büdcə tərtibi çoxlarına çətin görünür
Büdcə aparmaq bir çox insan üçün əlavə iş və vaxt itkisi kimi qəbul edilir. Nəticədə insanlar xərclərinin real mənzərəsini görmür. Halbuki büdcə maliyyə nəzarətinin əsas sütunlarından biridir.
Mütəxəssislər bildirir ki, büdcə aləti mütləq mürəkkəb olmamalıdır - "Excel" cədvəli, "Google Sheets" və ya mobil tətbiqlər kifayət edə bilər. Əsas məsələ davamlılıq və şəffaflıqdır.
Ani istəklər uzunmüddətli planları üstələyir
Müasir dünyada hər şey sürətlidir: onlayn alış-veriş, yemək çatdırılması, ani əyləncə. Bu vərdişlər maliyyə davranışına da sirayət edir. İnsanlar uzunmüddətli məqsədlər - borcsuz həyat, maliyyə müstəqilliyi, rahat pensiya əvəzinə bu günü prioritet seçir.
Mütəxəssislər vurğulayır ki, maliyyə uğuru əsasən yavaş, amma davamlı irəliləyiş nəticəsində formalaşır. Kiçik məbləğlərlə olsa belə, planlı şəkildə davam etmək əsasdır.
Gəlirin az olması prosesi daha da çətinləşdirir
Aşağı gəlir şəraitində həm gündəlik xərcləri ödəmək, həm də yığım etmək olduqca çətindir. Bununla belə, ekspertlər bildirir ki, pulun miqdarı artdıqca xərclər də artır. Yəni maliyyə intizamı vərdişi erkən mərhələdə formalaşmalıdır.
Əlavə gəlir mənbəyi tapmaq, bəzi xərclərdən imtina etmək və kiçik irəliləyişləri belə dəyərli saymaq uzunmüddətli maliyyə sabitliyinin əsasını qoyur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026