Redaktor
"Neuralink"in dəyəri 42 milyard dollara çatıb - İnvestorlar Maskın startapına axışır
İlon Maskın beyin çipi hazırlayan Neuralink şirkətinin dəyəri ikinci bazarda (secondary market) həyata keçirilən son əməliyyatlarda 42 milyard dollara qədər yüksəlib.
Valyuta.az xəbər verir ki, şirkətin ötən ilki son maliyyələşdirmə raundunda müəyyən edilən 9 milyard dollarlıq qiymətləndirmə ilə müqayisədə təxminən 5 dəfə çoxdur.
Özəl bazarlar üzrə araşdırma şirkəti "Caplight" bildirir ki, son aylarda Neuralink səhmləri 29-42 milyard dollar qiymətləndirmə aralığında satılıb. Bəzi investorlar isə şirkətin səhmlərini 60 milyard dollara yaxın qiymətləndirmə ilə almağa hazır olduqlarını bildiriblər.
Ekspertlər hesab edirlər ki, "Neuralink"in sürətlə bahalaşması investorların İlon Maskın süni intellekt və robototexnika sahəsindəki layihələrinə artan marağından qaynaqlanır. Xüsusilə "SpaceX"in IPO-sundan sonra Maskın hələ də birjada listinq olunmayan şirkətlərinə investisiya etmək istəyənlərin sayı xeyli artıb.
"Neuralink" özəl şirkət olduğundan onun səhmləri əsasən şirkətin əməkdaşları və erkən investorları tərəfindən ikinci bazarda satılır. Bu səbəbdən şirkətin qiymətləndirilməsi bazardakı tələb əsasında formalaşır və rəsmi bazar dəyəri hesab edilmir.
Şirkət hazırda iflicdən əziyyət çəkən insanların kompüterləri düşüncə ilə idarə etməsinə imkan verən beyin implantları üzərində çalışır. Gələcəkdə isə bu texnologiyanın görmə qabiliyyətinin bərpasında da istifadə olunması planlaşdırılır. "Neuralink" bu ilin əvvəlində açıqlayıb ki, indiyədək 21 nəfərə eksperimental beyin çipi implantasiya edilib.
Qeyd edək ki, "Neuralink"in yeni investisiya raundu keçirib-keçirmədiyi və rəsmi bazar qiymətləndirməsinin nə qədər olduğu hələlik açıqlanmayıb. Bu ilin mayında Omanın dövlət investisiya fondu şirkətə sərmayə yatırdığını bildirsə də, investisiyanın məbləği və qiymətləndirmə açıqlanmayıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”
22.07.2026"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı
22.07.2026Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir
22.07.2026Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®
22.07.2026Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub
22.07.2026VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI
22.07.2026"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb
22.07.2026Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ
22.07.2026Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib
22.07.2026Müştərilərin banklara ödəmədiyi kreditlərin həcmi son 5 ildə 2,8 milyard manatı ötüb
22.07.2026"Azər-Türk Bank" yeni strategiyasında KOB və korporativ biznesi prioritet müəyyənləşdirib
22.07.2026"Nvidia"nın təchizatçısı olan şirkət 700 milyon dollarlıq zavod istifadəyə verib
22.07.2026İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı
22.07.2026