Redaktor
İlon Maskın şirkəti fikirləri mətnə çevirən texnologiya yaratdı
"Neuralink" şirkəti bu ilin oktyabrında insanın düşüncələrini mətinə çevirə biləcək yeni neyroimplantın klinik sınaqlarına başlayacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İlk növbədə texnologiya nitq qabiliyyətində ağır pozuntuları olan pasiyentlərə kömək üçün nəzərdə tutulur. Məsələn, insult keçirmiş və ya neyrodegenerativ xəstəliklərdən əziyyət çəkən insanlar düşünmə qabiliyyətini saxlasalar da, sözləri səsləndirmək üçün ağız hərəkətlərinə nəzarət edə bilmirlər.
"Əgər siz hər hansı ifadəni deməyi təsəvvür edirsinizsə, biz bunu tuta biləcəyik", deyə "Neuralink" şirkətindən bildirilib.
Qyni zamanda, sınaqlara neçə nəfərin cəlb olunacağı açıqlanmayıb. Şirkət qeyd edib ki, 2030-cu ilə qədər sağlam insanların da çiplənməsi planlaşdırılır. bu halda onlar yalnız düşüncə gücü ilə kompüterləri idarə edə və "telepatik" ünsiyyət qura biləcəklər. Bu prosesin, hətta sözlə ifadədən də sürətli olacağı vurğulanır.
Hazırda "Heuralink" beyin çipinin imkanları məhduddur. Onun köməyi ilə musiqi və televizoru yalnız düşüncə ilə idarə etmək, həmçinin oyun oynamaq mümkündür. Zamanla bu bacarıqlar daha sürətli və effektiv şəkildə həyata keçirilir.
İlon Mask gələcəkdə neyroçipi özünə də implant etməyi planlaşdırır. Perspektivdə bu texnologiya yalnız elektronikanı idarə etməyə deyil, həm də əzaların hərəkətini bərpa etməyə, depressiya ilə mübarizə aparmağa, eşitmə qabiliyyətini qaytarmağa və beynin fəaliyyətini daha səmərəli etməyə imkan verəcək.
Şirkət həmçinin doğuşdan kor olanlara belə görmə qabiliyyəti qazandıra biləcək "Blindsight" adlı yeni cihaz üzərində işləyir. Bu qurğu artıq ABŞ-ın ərzaq və dərman administrasiyasının (fda) təsdiqini alıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər12 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı
22.07.2026"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır
22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026