"Netvörkinq zamanı ideyanızı paylaşın, biznes planınız sizə qalsın"

Redaktor

08.07.2026 09:00
175

"Netvörkinq zamanı ideyanızı paylaşın, biznes planınız sizə qalsın"

Müasir iş dünyasında uğurlu karyera və biznes qurmağın ən vacib şərtlərindən biri peşəkar əlaqələr (netvörkinq) hesab olunur. Yeni insanlarla tanış olmaq, faydalı əlaqələr qurmaq və müxtəlif sahələrdən olan peşəkarlarla ünsiyyət yaratmaq inkişaf üçün mühüm amillərdəndir. Lakin bu prosesdə narahatedici bir məqam yaranır: Gələcək planlarımızı, ideya və fikirlərimizi başqaları ilə bölüşmək nə dərəcədə doğrudur?

Bir çox insan netvörkinq mühitində öz vizyonunu böyük həvəslə qarşı tərəfə danışır. Digərləri isə ideyalarının oğurlanacağından ehtiyat edərək hər şeyi gizli saxlamağa üstünlük verir. Bəs hansı yanaşma daha doğrudur?

Biznes kouç Zülfiyyə Cəfərova Valyuta.az-a bildirib ki, biznes ideyasını peşəkar netqörkinq mühitində paylaşmaqdan çəkinməyə ehtiyac yoxdur:

"Əksər hallarda ideyanı tam gizli saxlamağın ciddi bir faydası olmur. Tutaq ki, deyirsiniz: "Mən onlayn platforma yaradacağam və bu platforma vasitəsilə müəyyən məhsul və ya xidmətlər təqdim edəcəyəm". Siz ideyanızı paylaşdığınız zaman ətrafınızdakı peşəkar insanlar sizə dəyərli tövsiyələr verə, doğru mütəxəssislərlə tanış edə və ideyanın həyata keçirilməsi üçün lazım olan əlaqələri qurmağa kömək edə bilərlər. Yəni "networking" ideyanın reallaşmasını sürətləndirən mühüm vasitələrdən biridir".

Ekspertin sözlərinə görə, bir çox insanın "İdeyamı paylaşsam, kimsə onu oğurlayar" düşüncəsində olması biznes mühitində tam da doğru yanaşma deyil:

Cəmiyyətə fayda verən biznes modeli

"Eyni ideya iki fərqli insanın əlində tamamilə fərqli nəticələr verə bilər. İdeyanın özünün olması, paylaşmağınız hələ biznesiniz olması demək deyil. Hər birimizin ağlına saysız-hesabsız ideyalar gələ bilər, lakin onların çoxu heç vaxt həyata keçirilmir. Əsl dəyər ideyanı sistemli şəkildə həyata keçirməkdədir. Burada əsas fərqi yaradan sahibkarın biliyi, təcrübəsi, baxış bucağı və həmin ideyanı icra etmək bacarığıdır".

Z.Cəfərova bildirib ki, hər bir uğurlu ideyanın arxasında güclü biznes planı dayanmalıdır:

"Məhz biznes planı hazırlayarkən peşəkar netvörkinq daha böyük əhəmiyyət qazanır. Müxtəlif sahələrdən olan insanlarla məsləhətləşmək, onların təcrübəsindən yararlanmaq və peşəkar rəy almaq biznes ideyanızı daha da təkmilləşdirə, onu düzgün istiqamətə yönləndirə və daha sağlam biznes modeli qurmağa kömək edə bilər. İdeyanı tamamilə gizli saxlamaq əvəzinə onu doğru auditoriya ilə paylaşmaq bazarın marağını və tələbatını öyrənməyə, eyni zamanda faydalı əlaqələr qurmağa imkan yaradır".

Sonda biznes kouç vurğulayıb ki, əsas məsələ ideyanın hansı hissəsinin paylaşılmasıdır: "Bütün detalları açıqlamaq da vacib deyil. Strateji məqamlar, xüsusi həll yolları və biznes planının incəlikləri yenə də sizə məxsus qalmalıdır. Paylaşılmalı olan ideyanın ümumi konsepsiyasıdır, qorunmalı olan isə onun həyata keçirilmə strategiyası və biznes planıdır".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır

08.07.2026

"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib

08.07.2026

Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf

08.07.2026

"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb

08.07.2026

“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var

08.07.2026

"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır

08.07.2026

"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb

08.07.2026

5 iqtisadi rayonda kredit faizləri yüksək olub

08.07.2026

“ING” “Singular Bank”ın 40 faiz payını alır

08.07.2026

"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib

08.07.2026

“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir

08.07.2026
HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

HSBC yüksək riskli özəl kreditlərin maliyyələşdirilməsini dayandırıb

08.07.2026

Bir qrup diplomata diplomatik rütbələr verildi - SİYAHI

08.07.2026

Biznesi idarə etməyi öyrədən 14 film

08.07.2026

Süni intellekt startapı 40 milyon dollarlıq investisiya cəlb edib

08.07.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 20,4 milyon manatdan çox artırıb

08.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

08.07.2026

"Berkshire Hathaway"in portfelinin 58%-i cəmi beş "Dow" şirkətində cəmlənib

08.07.2026

Pul yığa bilməyənlərin işini asanlaşdıran "Expressbank"ın "Mücrü" əmanəti nə qədər qazandırır? - CƏDVƏL

08.07.2026

Eren Balinin startapı “Monogram” 40 milyon dollar investisiya alıb

08.07.2026

Məzənnə

Yüklənir...