Redaktor
Mütəxəssis: "İşdə iki nəfər arasında baş verən konfliktin vaxtında qarşısı alınmalıdır"
İş mühitində insanlar müxtəlif xarakterlərə, fərqli dəyərlərə və gözləntilərə malik olduqları üçün qarşılıqlı münasibətlərdə fikir ayrılıqlarının yaranması qaçılmazdır. Xüsusilə komanda şəklində fəaliyyət göstərilən təşkilatlarda əməkdaşlar arasında ünsiyyət, qərarvermə və məsuliyyət bölgüsü zamanı müxtəlif baxışların toqquşması bəzən konfliktlərin yaranmasına səbəb olur.
Bəs iş yerində baş verən konflikt necə həll edilməlidir?
İnsan Resursları üzrə mütəxəsis İlkin Mirzəzadə Valyuta.az-a bildirir ki, ümumiyyətlə, iş mühitində konflikt yaranarsa, bu konflikt vaxtında aşkarlanmalı və lokallaşdırılmalıdır:
"Adətən, konflikt iki nəfər arasında baş verir və vaxtında qarşısı alınmadıqda onun miqyası daha da böyüyə bilər. Belə hallarda prosesi daha yaxşı anlamaq üçün tərəfləri ayrı-ayrılıqda dinləmək lazımdır. Bununla yanaşı, ümumi proses də araşdırılmalıdır. Daha sonra isə hər iki tərəfin iştirakı ilə görüş təşkil edilərək konfliktin birdəfəlik həllinə çalışılmalıdır".

"Təbii ki, burada konfliktin miqyası da nəzərə alınmalıdır. Əgər tərəflərdən biri şirkətin qaydalarını ciddi şəkildə pozubsa və ya hər iki tərəf qaydaları pozubsa və bu hal bir neçə dəfə təkrarlanıbsa, artıq hər iki əməkdaşın işdən çıxarılması məsələsi gündəmə gələ bilər. Lakin konflikt xırda səbəbdən yaranıbsa, asanlıqla yatışdırıla bilən bir məsələdirsə və gələcəkdə təkrarlanma ehtimalı azdırsa, bu halda işdən çıxarmaq əvəzinə daha yüngül tədbirlər — töhmət və ya xəbərdarlıq tətbiq etməklə əməkdaşları işdə saxlamaq mümkündür"- deyə İ.Mirzəzadə qeyd edir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMobil oyun studiyası "Cheer Games" 4,5 milyon dollar investisiya cəlb edib
05.03.2026Sərvət qazanmağın sadə, amma vacib 3 addımı
05.03.2026Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var
05.03.2026Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq
05.03.2026"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi
05.03.2026İranda kriptovalyuta bazarında vəsait çıxarışı 700% artıb
05.03.2026Neftin 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirlərini 3 mlrd. dollar artırır
05.03.2026“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ
05.03.2026“Unleash” 35 milyon dollar investisiya alıb
05.03.2026"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN
05.03.2026Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb
05.03.2026Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL
05.03.2026Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar
05.03.2026Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir
05.03.2026