Redaktor
"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi
"Google" və "Epic Games" arasında uzun müddətdir davam edən hüquqi mübahisə razılaşma ilə nəticələnib.
Valyuta.az xəbər verir ki, yeni razılaşmaya əsasən, "Google Play Store"da tətbiqdaxili alışlar üzrə tətbiq edilən komissiya dərəcəsini azaldıb.
Məlumata görə, "Google" tətbiq tərtibatçılarından aldığı standart 30% komissiya siyasətindən imtina edərək bu göstəricini 20%-ə endirib. Şirkət qərarın rəsmi şəkildə qüvvəyə mindiyini açıqlayıb.
Razılaşmanın ən diqqət çəkən tərəflərindən biri isə məşhur "Fortnite" oyunu ilə bağlıdır. "Epic Games"in öz müstəqil ödəniş sistemini istifadə etmək istəyi ilə başlayan mübahisə nəticəsində oyun bir müddət "Play Store"dan çıxarılmışdı. Yeni razılaşmadan sonra "Fortnite" yenidən "Google Play Store" vasitəsilə "Android" istifadəçilərinə təqdim olunacaq.
Bundan əlavə, əldə olunan razılaşma Android ekosistemi üçün də mühüm dəyişikliklər gətirir. "Google" platformada üçüncü tərəf tətbiq mağazalarının fəaliyyətinə daha geniş imkan yaradacağını açıqlayıb. Bu isə "Android" sisteminin daha açıq və rəqabətli mühitə keçidini sürətləndirə bilər.
Ekspertlərin fikrincə, "Google"un bu addımı mobil tətbiq bazarında rəqabəti gücləndirə və uzun müddətdir müzakirə olunan inhisarçılıq iddialarını zəiflədə bilər. Yeni qərarın digər texnologiya şirkətlərinə necə təsir göstərəcəyi isə hələlik maraq doğuran əsas məsələlərdən biri olaraq qalır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSərvət qazanmağın sadə, amma vacib 3 addımı
05.03.2026Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var
05.03.2026Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq
05.03.2026"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi
05.03.2026İranda kriptovalyuta bazarında vəsait çıxarışı 700% artıb
05.03.2026Neftin 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirlərini 3 mlrd. dollar artırır
05.03.2026“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ
05.03.2026“Unleash” 35 milyon dollar investisiya alıb
05.03.2026"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN
05.03.2026Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb
05.03.2026Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL
05.03.2026Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar
05.03.2026Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir
05.03.2026