Redaktor
İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların adları məlum oldu
Dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir", - məlumatda qeyd edilib.
Bildirilib ki, həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur: "Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
İctimaiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNaxçıvana alternativ reyslər təşkil olunub - AZAL
05.03.2026Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar
05.03.2026Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir
05.03.2026Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
05.03.2026İranın Naxçıvana dron hücumu ilə bağlı cinayət işi açıldı
05.03.2026"OpenAI"ın illik gəlirinin 25 milyard dolları keçdiyi iddia olunur
05.03.202611 tibb mərkəzi üçün 21 milyonluq laboratoriya testləri alınacaq
05.03.2026İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların adları məlum oldu
05.03.2026ABŞ-İran müharibəsi fonunda artım sürətlənir: “Bitcoin” təxminən 8% bahalaşdı
05.03.202645 dəqiqəlik görüş 6 milyon dollarlıq startap ideyasına çevrildi
05.03.2026"İşdə iki nəfər arasında baş verən konfliktin vaxtında qarşısı alınmalıdır" - Mütəxəsis
05.03.2026
Bankların ən çox biznes krediti verdiyi sahələr - CƏDVƏL
05.03.2026