Redaktor
İranın Naxçıvana dron hücumu ilə bağlı cinayət işi açıldı
Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib.
Valyuta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
İlkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinin yaxınlığına düşüb.
"Hadisə nəticəsində mülki infrastruktur obyektinə, yəni Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub, eləcə də hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub.
Bundan başqa, hadisə nəticəsində dörd nəfər mülki şəxs:
Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar:
- 1986-cı il təvəllüdlü Reyhanə Sabir qızı Vəliyeva,
- 1996-cı il təvəllüdlü Zülfüqar Məmməd oğlu Zülfüqarlı,
- 1996-cı il təvəllüdlü Mehdi Mətləb oğlu Əsgərov və
- təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Əsəd Vidadi oğlu Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həmin nəzarəti altında müalicələri davam etdirilir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai araşdırmanın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Hazırda cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə hadisə yerinə baxış keçirilib, maddi sübutlar toplanıb, zərərçəkmiş şəxslərin və şahidlərin ilkin ifadələri alınıb, eləcə də, müvafiq ekspertizalar təyin edilməklə çoxsaylı istintaq hərəkətləri icra olunur.
Bundan başqa, PUA-ların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar da aparılır.
İbtidai istintaq çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun bütün halları obyektiv, tam və hərtərəfli şəkildə araşdırılacaq, təqsirli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin icrası təmin olunacaq.
Baş Prokurorluq bildirir ki, mülki əhalinin və strateji infrastruktur obyektlərinin hədəf alınması beynəlxalq humanitar hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumatların verilməsi təmin ediləcək", - məlumatda vurğulanıb.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN
05.03.2026Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb
05.03.2026Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL
05.03.2026Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar
05.03.2026Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir
05.03.2026Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
05.03.2026İranın Naxçıvana dron hücumu ilə bağlı cinayət işi açıldı
05.03.2026"OpenAI"ın illik gəlirinin 25 milyard dolları keçdiyi iddia olunur
05.03.202611 tibb mərkəzi üçün 21 milyonluq laboratoriya testləri alınacaq
05.03.2026İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların adları məlum oldu
05.03.2026ABŞ-İran müharibəsi fonunda artım sürətlənir: “Bitcoin” təxminən 8% bahalaşdı
05.03.202645 dəqiqəlik görüş 6 milyon dollarlıq startap ideyasına çevrildi
05.03.2026- Mütəxəsis: "İşdə iki nəfər arasında baş verən konfliktin vaxtında qarşısı alınmalıdır"
05.03.2026
Bankların ən çox biznes krediti verdiyi sahələr - CƏDVƏL
05.03.2026