Azərbaycan XİN: İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb

Redaktor

05.03.2026 12:44
46

Azərbaycan XİN: İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb

5 mart tarixində günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.

Bu barədə Valyuta.az-a  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.

Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.

Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Biznes kreditini banklar hansı sahələrə verir?

Biznes kreditini banklar hansı sahələrə verir? - CƏDVƏL

05.03.2026
Dövlət büdcəsindən hansı sahələrə nə qədər xərc çəkilib?

Dövlət büdcəsindən hansı sahələrə nə qədər xərc çəkilib? - MƏBLƏĞ/SAHƏLƏR

05.03.2026

Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq

05.03.2026

Prezident investisiyaların dövlət tərəfindən alınmasını təsdiqləyib

05.03.2026

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək

05.03.2026

Azərbaycan XİN: İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb

05.03.2026

Naxçıvan aeroportunun yaxınlığında yerləşən məktəblərdə müəllimlər və şagirdlər təxliyə edilib - RƏSMİ

05.03.2026

Borcları ödəməyin ən effektiv yolu: Deyv Remzinin tövsiyə etdiyi metod

05.03.2026

İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

05.03.2026

İran Naxçıvana dronla zərbələr endirib

05.03.2026

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib ®

05.03.2026

Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır

05.03.2026

Yanvarda Azərbaycandan 107,6 milyonluq aqrar məhsul ixrac edilib

05.03.2026

Mikayıl Cabbarov: "Azərbaycanda startaplar üçün daha rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq"

05.03.2026
İşçinin iş geyimini özünün alması nə dərəcədə doğrudur?

İşçinin iş geyimini özünün alması nə dərəcədə doğrudur?

05.03.2026

Bank müştərilərinin neçə nəfəri vətəndaşlardır?

05.03.2026

Samir Şərifov: "Məqsədimiz iqtisadiyyata nəzarətdən tam imtina etmək deyil"

05.03.2026

“Atəşgah Həyat”ın yığımlarında 1,6 milyonluq azalma qeydə alınıb

05.03.2026

İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişdi

05.03.2026
"Azercell" yenə qiymətləri qaldırdı - 2 manat artıq ödəyəcəyik

"Azercell" yenə qiymətləri qaldırdı - 2 manat artıq ödəyəcəyik

05.03.2026

Məzənnə

Yüklənir...