Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli

Redaktor

05.03.2026 20:38
54

Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var

Dünyanın ən varlı şəxslərindən biri olan Larri Ellison ABŞ-da qərb sahilindən şərq sahilinə köçən milyarderlər sırasına qoşulur. “Oracle” şirkətinin həmtəsisçisi olan Ellisonun sərvəti “Forbes”ə görə təxminən 196 milyard dollar qiymətləndirilir.

Valyuta.az xəbər verir ki, Palm Beach County sənədlərinə əsasən, Ellison 2023-cü ilin may ayında Florida ştatının Manalapan şəhərində yerləşən “2000 S. Ocean Blvd” ünvanında yaşayış qeydiyyatı sənədi təqdim edib. O, əvvəlki ünvan kimi isə qismən sahib olduğu Havay adalarındakı evini göstərib.

Ellison 2022-ci ildə Florida ştatının Manalapan şəhərində — Palm Beach-dən təxminən 10 mil məsafədə yerləşən sahilyanı qəsəbədə — 173 milyon dollara mülk alıb. Bu alış həmin dövrdə Florida tarixində ən böyük yaşayış daşınmaz əmlak sövdələşməsi kimi qeydə alınmışdı. Mülk Atlantik okeanı ilə Intracoastal Waterway arasında yerləşir və Palm Beach-ə təxminən 30 dəqiqəlik məsafədədir.

Florida son illərdə yüksək vergilərdən qaçmaq istəyən varlı şəxslər üçün əsas məkanlardan birinə çevrilib. Ellison da bu il San-Fransiskodakı malikanəsini 45 milyon dollara satıb.

Şimali Palm Beach-də də böyük investisiya

Ellison Palm Beach bölgəsində rekord qırmazdan əvvəl 2021-ci ildə Şimali Palm Beach-də okean sahilində yerləşən mülkə 80 milyon dollar xərcləyib. Lakin o, növbəti il həmin əmlakı 145 milyon dollara satışa çıxarıb və mülk hələ də satılmayıb.

Kaliforniyada yapon üslublu malikanə

Ellison Kaliforniyanın Woodside bölgəsində 23 akr ərazini əhatə edən böyük malikanəyə sahibdir. O, bu mülkü 1995-ci ildə 12 milyon dollara alıb və sonradan təmir və yenidənqurma işlərinə təxminən 200 milyon dollar sərf edib. Layihənin hazırlanması və yenilənməsi doqquz il davam edib. Malikanə 16-cı əsr Yapon imperator sarayının üslubunda inşa edilib.

Malibu-da “milyarderlər sahili”

Ellison həmçinin Kaliforniyanın Malibu şəhərində, “Billionaire’s Beach” kimi tanınan Carbon Beach ərazisində bir neçə mülkə sahibdir. Vergi sənədlərinə görə, onun Malibu bölgəsində illər ərzində aldığı 11 mülkün ümumi dəyəri 180 milyon dollardan çoxdur.

2002-ci ildən etibarən o, Malibu-da ardıcıl şəkildə mülklər alıb. 2013-cü ildə prodüser Cerri Brukhaymerə məxsus evi 18 milyon dollara, həmçinin daşınmaz əmlak inkişaf etdiricisi Norman Ackenberqə aid olmuş beş otaqlı evi 48 milyon dollara alıb. 2018-ci ildə isə kino prodüseri Coel Silverdən sahilyanı evi 38 milyon dollara satın alaraq portfelini genişləndirib.

Rod-Aylenddə tarixi malikanə

ABŞ-ın şərq sahilində Ellison Rod-Aylend ştatının Newport şəhərində yerləşən tarixi “Beechwood Mansion” malikanəsinə də sahibdir. O, bu mülkü 2010-cu ildə 10,5 milyon dollara alıb və sonradan onu incəsənət muzeyinə çevirmək üçün 100 milyon dollardan çox vəsait xərcləyib. Malikanə əvvəllər Astor ailəsinə məxsus olub və turistlər üçün açıq idi. Nyuportda həmin malikanənin yaxınlığında Ellisonla əlaqələndirilən ən azı üç əlavə mülk də mövcuddur.

Nevadada göl sahilində mülklər

Ellison həmçinin Nevada ştatının Tahoe gölünün şimal sahilində yerləşən Incline Village bölgəsində bir neçə mülkə sahibdir. Bu ərazidəki daşınmaz əmlak üçün onun ümumilikdə təxminən 102 milyon dollar xərclədiyi bildirilir. Buradakı mülklərdə şəxsi çimərlik, iki özəl körpü, tennis kortu, hovuz və spa kimi imkanlar mövcuddur.

Yaponiyada tarixi villa

Ellisonun Yaponiyanın Kyoto şəhərində yerləşən tarixi bağ villası da var. Dəyərinin təxminən 86 milyon dollar olduğu bildirilən bu mülk Nanzen-ji Zen buddist məbədinin ərazisində yerləşir. Ellison bu villanı gələcəkdə Yapon incəsənəti muzeyinə çevirməyi planlaşdırdığını bildirib.

Malibu-da lüks otel və restoran layihələri

Ellison 2007-ci ildə Malibu sahilində yerləşən tarixi “Casa Malibu Inn” obyektini 20 milyon dollara alıb. O, bu mülkü yenidən quraraq 2017-ci ildə açılan “Nobu Ryokan Malibu” adlı yapon üslublu lüks otelə çevirib. Layihədə aktyor Robert De Niro, prodüser Meir Teper və “Nobu” restoran şəbəkəsinin yaradıcısı aşpaz Nobu Matsuhisa da iştirak edib. 16 otaqlı bu lüks oteldə gecələmək təxminən 2300 dollara başa gəlir.

Kaliforniyada bahalı qolf klubu

Ellison həmçinin Kaliforniyanın Rancho Mirage şəhərində yerləşən və təxminən 250 akr ərazini əhatə edən “Porcupine Creek” qolf klubuna sahibdir. O, bu mülkü 2011-ci ildə 42,9 milyon dollara alıb. Kompleksdə 16 yataq otaqlı əsas ev və bir neçə qonaq evi var.

Palo Alto-da otel investisiyası

2015-ci ildə Ellison Kaliforniyanın Palo Alto şəhərində yerləşən “Epiphany Hotel”i 71,6 milyon dollara alıb. 2017-ci ildən etibarən otel “Nobu Hospitality” tərəfindən idarə olunur və sonradan “Nobu Palo Alto” adı ilə yenidən brendləşdirilib.

Tennisə böyük maraq

Tennis həvəskarı olan Ellison 2007-ci ildə Malibu Racquet Club-u 6,9 milyon dollara alıb və kompleksdə yeni tennis kortları inşa etdirib. Klubun üzvlük haqqı 9 min ilə 14 min dollar arasında dəyişir. 2009-cu ildə isə o, peşəkar tennis turniri “BNP Paribas Open”ə ev sahibliyi edən “Indian Wells Tennis Garden” kompleksini 100 milyon dollara alıb və daha sonra bu məkana böyük yenidənqurma investisiyaları yatırıb.

Havayda bütöv ada

Ellisonun ən böyük alışlarından biri isə 2012-ci ildə Havaydakı Lanai adasının 98 faizini təxminən 300 milyon dollara satın alması olub. Ada 90 min akr torpaq sahəsini, təxminən 3200 sakini və iki “Four Seasons” kurortunu əhatə edir. O, adanı aldıqdan sonra hotelləri yeniləyib, iki aviaşirkət alıb və təmiz enerji layihələrinə investisiya qoymağa başlayıb. Ellison Lanai adasını ekoloji cəhətdən davamlı texnologiyalar üçün eksperimental mərkəzə çevirməyi planlaşdırır. Adanın bir hissəsi olan “Lana’i Animal Rescue Center”də isə təxminən 400 vəhşi pişik saxlanılır və onlara qayğı göstərilir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mobil oyun studiyası "Cheer Games" 4,5 milyon dollar investisiya cəlb edib

05.03.2026

Sərvət qazanmağın sadə, amma vacib 3 addımı

05.03.2026

Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var

05.03.2026

Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq

05.03.2026

"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi

05.03.2026

İranda kriptovalyuta bazarında vəsait çıxarışı 700% artıb

05.03.2026

Neftin 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirlərini 3 mlrd. dollar artırır

05.03.2026

“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ

05.03.2026

“Unleash” 35 milyon dollar investisiya alıb

05.03.2026

"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN

05.03.2026

Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb

05.03.2026

Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL

05.03.2026

Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar

05.03.2026

Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir

05.03.2026
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

05.03.2026

İranın Naxçıvana dron hücumu ilə bağlı cinayət işi açıldı

05.03.2026

"OpenAI"ın illik gəlirinin 25 milyard dolları keçdiyi iddia olunur

05.03.2026

11 tibb mərkəzi üçün 21 milyonluq laboratoriya testləri alınacaq

05.03.2026

İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların adları məlum oldu

05.03.2026

ABŞ-İran müharibəsi fonunda artım sürətlənir: “Bitcoin” təxminən 8% bahalaşdı

05.03.2026

Məzənnə

Yüklənir...