Redaktor
Məşhur CEO-dan resessiya açıqlaması: "Ehtimal davam edir"
"JPMorgan Chase" şirkətinin baş direktoru Ceymi Deymonun fikrincə, gömrük rüsumlarının qlobal iqtisadiyyatlara təsir göstərməkdə davam etməsi səbəbilə resessiya ehtimalı hələ də gündəmdədir.
Valyuta.az xəbər verir ki, "JPMorgan"ın Parisdə keçirilən illik Qlobal Bazarlar Konfransında "Bloomberg" televiziyasına danışan Deymon bildirib:
"Ümid edirəm ki, bundan yayına bilərik, lakin bu mərhələdə bu ehtimalı tamamilə istisna etməzdim. Əgər resessiya baş versə, onun nə qədər dərin və ya uzunmüddətli olacağını deyə bilmərəm".
Tramp administrasiyasının gömrük rüsumları siyasəti bir aydan çoxdur ki, bazarlarda dalğalanmalara səbəb olur və Deymon bəzi müştərilərin bu qeyri-müəyyənlik səbəbindən investisiyalarını geri çəkdiyini bildirib. Bu həftənin əvvəlində ABŞ və Çin - dünyanın ən böyük iki iqtisadiyyatı - daha uzunmüddətli razılaşma istiqamətində irəlilədikcə, qarşılıqlı tətbiq olunan vergilərin müvəqqəti olaraq azaldılması barədə razılığa gəliblər.
Deymon ABŞ ilə Çin arasındakı gərginlikdə son dövrlərdə müşahidə olunan yumşalmanın qalıcı olacağına ümid etdiyini söyləyib:
"Fikrimcə, doğru olan bəzi məsələlərdə geri addım atmaqdır. Bu, maraqlı bir dialoqun başlanğıcıdır".
69 yaşlı CEO gömrük rüsumları ilə bağlı qeyri-sabitliyin nəticələrindən birinin ABŞ-a yönələn investisiyalarda azalma ola biləcəyini vurğulayıb.
"Bu, müəyyən qədər baş verəcək. Bir çox insan bundan narahatdır. Onlarla görüşdükdə deyirlər ki, artıq Kentukki viskimizə maraq göstərmirlər", deyə o bildirib.
Deymonun sözlərinə görə, bu, təsirin geniş miqyasda hiss olunacağı anlamına gəlmir:
"Amerika pis investisiya məkanıdırmı? Xeyr. Əgər bütün vəsaitinizi tək bir ölkəyə yatırmalı olsaydınız, bu ölkə yenə də Amerika olardı".
QEYD: Resessiya - işgüzar dövrün yüksəliş (pik) fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazası. Texniki olaraq, adətən, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması (ÜDM və ÜMMin səviyyəsinin azalması) halı resessiya sayılır. Resessiya istehsal həcminin, o cümlədən sənaye istehsalı həcminin, birja indekslərinin, real gəlirlərin və tələbin azalması, kapitalın xaricə axınının güclənməsi və işsizlik səviyyəsinin artımı kimi pro seslərlə müşayiət olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026