Mərkəzi Bankın  “LEXUS"-u  87 min manata satışa çıxarıldı

Redaktor

05.02.2026 11:56
170

Mərkəzi Bankın “LEXUS"-u 87 min manata satışa çıxarıldı

25 fevral tarixində Mərkəzi Bankın balansında olan 21 nəqliyyat vasitəsi  3-cü dəfə təkrar hərraca çıxarılacaq. Bu dəfə avtomobillər 15% endirimlə təqdim olunacaq. Onlardan 19-u Bakı şəhərində, 2-si isə Yevlaxda yerləşir.

Valyuta.az xəbər verir ki, ən yüksək start qiyməti ilə satışa çıxarılan avtomobil 2016-cı il istehsalı “LEXUS LX 570” markalı minik maşınıdır. Onun ilkin satış qiyməti 87 279 manat, beh məbləği isə 8 727 manat təşkil edir.

Digər bahalı nəqliyyat vasitələri sırasında 2013-cü il istehsalı “MERCEDES BENZ S 500” (30 063 manat), “GMC YUKON DENALI” (25 500 manat), “MERCEDES BENZ 414” (26 628 manat) və “MERCEDES BENZ 314 İnkassasiya” (45 900 manat) modelləri də var.

Ən aşağı qiymətlə satışa çıxarılan nəqliyyat vasitəsi isə 1996-cı il istehsalı “VAZ-21213” modelidir. Yevlax şəhərində yerləşən bu avtomobilin start qiyməti cəmi 3 230 manat, beh məbləği isə 323 manatdır.

Hərraca çıxarılan digər avtomobillər arasında “BMW 740 LI”, “HYUNDAI SONATA”, “HONDA ACCORD”, “AUDI A8”, “KIA CERATO”, “HYUNDAI EQUUS”, “HYUNDAI GRANDEUR”, “HYUNDAI VERACRUZ”, “HYUNDAI H1” və digər modellər yer alır. Onların start qiymətləri 8 500 manatdan 18 700 manatadək dəyişir.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ziyarət etməyə dəyər 7 yer: Sizi əbədi olaraq dəyişəcək

05.02.2026

Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil

05.02.2026

"Nike" şirkəti ağdərili işçilərə qarşı ayrı-seçkilikdə ittiham olunur

05.02.2026

Rekord qırıldı: Kvant materialları indi əvvəlkindən daha yaxındır

05.02.2026

Gemini tətbiqi aylıq 750 milyon aktiv istifadəçini keçib

05.02.2026

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

05.02.2026

"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı

05.02.2026

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

05.02.2026

"Google" süni intellekt xərclərini iki dəfə artırır

05.02.2026

Bu icra başçılarının müavinləri ixtisara düşdü

05.02.2026

“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb

05.02.2026

Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü nələrdir?

05.02.2026

"Rabitəbank" ASC tender elan edir ®

05.02.2026

Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatdı

05.02.2026

Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?

05.02.2026

Sağalmaz xəstəliklərdən sığorta ödənişləri 3 dəfədən çox artıb

05.02.2026

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

05.02.2026

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

05.02.2026

"Bir çox sahədə təklif olunan maaşlar gənclərin yaşayış xərclərini ödəmir"

05.02.2026

Jaspreet Singh: 2026-cı ilin ən böyük investisiya tələsi

05.02.2026

Məzənnə

Yüklənir...