Redaktor
Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU
Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin əsas sütunlarından biri olan pul siyasəti 2025-ci ildə də Mərkəzi Bankın əsas mandatı olan qiymət sabitliyinin qorunması istiqamətində formalaşdırılıb. Belə ki, inflyasiyanın hədəf diapazonu daxilində saxlanılması, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və faiz kanalının ötürücülüyünün gücləndirilməsi Mərkəzi Bankın prioritetləri sırasında yer alıb.
Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyənatına əsasən, pul siyasәtinin hәdәfi növbәti ildә dә illik inflyasiyanı 4±2% sәviyyәsindә saxlamaqdan ibarәt olacaqdır.
Bununla yanaşı, qlobal iqtisadi proseslər və enerji bazarlarında müşahidə olunan qeyri-müəyyənliklər fonunda bir sıra suallar aktuallıq daşıyır. Neft qiymətlərində mümkün dəyişikliklər valyuta bazarına necə təsir göstərə bilər? Devalvasiya riski varmı və neft gəlirlərinin azalarsa, hansı alternativ planlar mövcuddur?
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, cari ildə də Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq.
Mərkəzi Bank açıqlamalarında dəfələrlə bildirib ki, qərarlar qəbul edilərkən tədiyə balansındakı vəziyyət, ölkəyə daxil olan valyutanın həcmi və xüsusilə tədiyə balansının saldosunun müsbət və ya mənfi olması əsas göstəricilər kimi nəzərə alınır”.
V.Bayramov əlavə edib ki, aparılan qiymətləndirmələr əsasən, manatın məzənnəsinə təsir edən ən ciddi faktorlardan biri neftin dünya bazar qiymətlərindəki dəyişikliklərdir:
“Bu amil Mərkəzi Bankın davranışlarına və qərarlarına birbaşa təsir göstərir. Belə ki, Azərbaycanın ixracatının təxminən 80 faizi enerji məhsullarının payına düşür və bu ixracın əsas hissəsini neft və neft məhsulları təşkil edir. Buna görə də ölkəyə daxil olan valyuta axınında neftin payı kifayət qədər böyükdür.
Bununla belə, 2026-cı il ərzində də Mərkəzi Bankın mövqeyi milli valyutanın məzənnəsi baxımından həlledici olaraq qalmaqdadır”,- deyə deputat qeyd edib.
Devalvasiya riskini şərh edən iqtsadçı ekspert Xalid Kərimli isə bildirib ki, 2026-cı ildə neft gəlirlərinin azalması şəraitində, əgər hökumətin gözləntilərindən kəskin bir azalma baş verməzsə, ciddi risk görünmür:
11-12 milyard dollara çatır. Bu isə qeyri-neft sektorunun ixrac potensialının yetərli olmadığını göstərir.
Üstəlik, qeyri-neft sektoru hazırda əsasən büdcə xərcləmələri və neft gəlirləri hesabına qidalanır. Bu baxımdan, qeyri-neft sektoru hələlik iqtisadiyyat üçün müstəqil dayaq rolunu oynamır. Hökumət gələcəkdə bu istiqamətdə dönüş yaratmağa çalışsa da, hazırkı vəziyyət bunu deməyə əsas vermir”.
İqtisadçı ekspert onu da nəzərə çatdırıb ki, devalvasiya faciə deyil:
“Yəni hökumətin devalvasiyanın qarşısını almaq üçün fövqəladə və sərt addımlar atmaq kimi xüsusi planları yoxdur. Zərurət yarandığı halda devalvasiyaya gedilə bilər. Neft gəlirlərinin azalması fonunda dövlət bu ilin büdcəsində bu riskləri əvvəlcədən nəzərə alıb.
Belə ki, idxalı məhdudlaşdırmaq məqsədilə idxal vergiləri artırılması, bir sıra sahələrdə, xüsusilə avtomobillərə tətbiq olunan güzəştlər ləğv edilməsiylə yanaşı, eyni zamanda telefonlara rüsum, tütün məmulatlarına aksiz, armatur və şüşə məmulatlarına tətbiq edilən aksiz dərəcələri də artırılıb. Bütün bu addımlar da öz növbəsində idxalın həcmini azaltmağa yönəlib.
Yəni hökumət alternativ planlarını artıq işə salıb və bu tədbirlər 2026-cı il üçün nəzərdə tutulan iqtisadi siyasətin tərkib hissəsidir. Habelə, əhalinin büdcədəki rolu daha da artırılıb”,- deyə X.Kərimli qeyd edib.
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimləndiyi üçün onu klassik iqtisadi kateqoriya kimi təhlil etmək və ya dəqiq proqnozlaşdırmaq mümkün deyil:
“Bu məsələ tam şəkildə Mərkəzi Bankın və hökumətin səlahiyyətindədir və qərar istənilən vaxt qəbul oluna bilər - bu il də, iki ildən sonra da. Məhz bu səbəbdən manatın məzənnəsi iqtisadi modellərlə hesablana bilən və proqnozlaşdırılan göstərici deyil.
Hökumətin alternativ planlarına gəldikdə, qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən addımlar atılır, lakin qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payı hələ də aşağıdır. Bu payın artırılması üçün istehsalın genişləndirilməsi və davamlı inkişaf mexanizmlərinin yaradılması vacibdir. Ancaq etiraf etmək lazımdır ki, bunu qısa müddətdə həyata keçirməyə imkan verən “sehrli çubuq” mövcud deyil”.
Natiq Cəfərli bildirib ki, əslində, ölkənin böyük neft gəlirləri əldə etdiyi uzun bir dövr var idi ki, məhz həmin illərdə bu struktur islahatları aparmaq önəmli idi:
“Belə olsaydı, bu gün neft gəlirləri əsas dayaq deyil, sadəcə əlavə bir bonus rolunu oynayardı. Norveç nümunəsində olduğu kimi: bu ölkənin büdcəsi neftdən asılı deyil və neftin dünya bazarındakı qiymət dəyişiklikləri iqtisadi sabitliyə ciddi təsir göstərmir. Nəticədə, bu gün hələ də iqtisadiyyatın şaxələndirilməsi problemi aktuallığını qoruyur”,- deyə iqtisadçı fikrini tamamlayıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026