İş yerində siqaret fasilələri məhsuldarlığı azaldırmı?

Redaktor

16.01.2026 09:05
155

İş yerində siqaret fasilələri məhsuldarlığı azaldırmı?

Bir çox iş yerlərində əməkdaşların siqaret fasilələrindən istifadə etdiyi müşahidə olunur. Bəzi işçilər bu fasilələrin onlara qısamüddətli rahatlıq verdiyini, stressi azaltdığını və düşüncə prosesini asanlaşdırdığını iddia edirlər. Digər tərəfdən isə, siqaret fasilələrinin iş vaxtının bölünməsinə, diqqətin dağılmasına və ümumi vaxt idarəçiliyinin zəifləməsinə səbəb olduğu da müzakirə mövzusudur. İş yerində siqaret fasilələri məhsuldarlığı azaldırmı?

İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Valyuta.az-a bildirib ki, iş yerində siqaret fasilələrinin məhsuldarlığa təsirini yalnız fərdi rahatlama prizmasından qiymətləndirmək düzgün yanaşma deyil: "Bəzi əməkdaşlar siqaret zamanı özlərini daha sakit və rahat hiss etsələr də, bu təsir əsasən psixoloji və müvəqqəti xarakter daşıyır. Siqaret fasilələri qısa müddətdə stress hissini azalda bilər, lakin bu rahatlama davamlı deyil və iş prosesində uzunmüddətli müsbət nəticə yaratmır".

Şəxsi problemləri rəhbərliklə paylaşmaq doğrudurmu?

A.Səmədov qeyd edib ki, tez-tez verilən siqaret fasilələri iş vaxtının parçalanmasına, iş axınının pozulmasına və diqqətin dağılmasına səbəb olur: "Hər fasilədən sonra əməkdaşın yenidən işə fokuslanması üçün əlavə vaxt tələb olunur ki, bu da gün ərzində ümumi effektivliyin azalması ilə nəticələnir. Xüsusilə diqqət, ardıcıllıq və konsentrasiya tələb edən tapşırıqlarda bu təsir daha aydın hiss olunur".

Ekspert uzunmüddətli təsirlərə də diqqət çəkərək vurğulayıb ki, siqaret çəkmək zamanla enerji səviyyəsində dalğalanmalara, tez yorulmaya və diqqət problemlərinə yol aça bilər: "Bu faktorlar isə iş performansının zəifləməsinə və görülən işin keyfiyyətinin aşağı düşməsinə səbəb olur: “Nəticə etibarilə, siqaret fasilələri qısamüddətli rahatlama effekti versə də, uzunmüddətli perspektivdə əməkdaşın məhsuldarlığına və ümumi iş effektivliyinə mənfi təsir göstərmə ehtimalı daha yüksəkdir".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ekspertlər izah etdi: Niyə hotellərdə Wi-Fi-dən heç vaxt istifadə etməməlisiniz?

16.01.2026

"Nvidia" yaddaş çatışmazlığı səbəbindən 16 GB qrafik kartlarından imtina edir

16.01.2026

Bayramlar üst-üstə düşdükdə əmək məzuniyyəti bu qaydada tənzimlənəcək

16.01.2026

Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası dəyişib

16.01.2026

Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq

16.01.2026

"Google" "Gemini 3"ü "Gmail"ə əlavə etdi: 2026-cı ildə e-poçt necə dəyişəcək?

16.01.2026

“Baku Electronics” də qaydaları pozub - Agentlik göstəriş verdi

16.01.2026

ASCO-nun yeni sədri kimdir? - DOSYE

16.01.2026

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

16.01.2026

"Azər Türk Bank"ın mənfəəti azalıb

16.01.2026

Varlılar borcdan necə fərqli istifadə edir?

16.01.2026

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Məzənnə

Yüklənir...