Redaktor
ASCO-nun yeni sədri kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri təyin edilib.
Valyuta.az xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri olub.
Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb.
2005 – 2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016 – 2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.
2021 – 2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. Hazırda isə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.
2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrə diplomla təltif olunub.
Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb
11.03.2026"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb
11.03.2026"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi
11.03.2026Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı
11.03.2026Mövzu: AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®
11.03.2026İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI
11.03.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ
11.03.2026Sabah 13 dərəcə isti olacaq
11.03.2026“ADA” Universitetinin tenderi ləğv edildi
11.03.2026Daha 8 startap vergidən azad olundu
11.03.2026
500 manatla corab brendi qurdu - 15 manata satır
11.03.2026İcra başçısı 27 nəfəri işdən çıxardı
11.03.2026
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?
11.03.2026“AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib ®
11.03.2026"Bank of Baku" səhmdarlarına dividend ödəyəcək
11.03.2026Azərbaycanda banklara belə nəzarət ediləcək
11.03.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
11.03.2026"Forbes"ə görə dünyanın ən zəngin 5 milyarderi açıqlanıb
11.03.2026