Redaktor
Azərbaycanda banklara belə nəzarət ediləcək
Azərbaycan Mərkəzi Bankı (AMB) risk əsaslı nəzarət prosesləri çərçivəsində 2026-2027-ci illəri əhatə edən "Bank Nəzarəti Strategiyası"nı təsdiq edib.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq və Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə sektorunun modernizasiyası layihəsi" çərçivəsində risk əsaslı nəzarətin həyata keçirilməsi üzrə nəzərdə tutulmuş təşəbbüslər uğurla icra edilib.
Belə ki, Strategiyanın ötən iki ili ərzində "Mərkəzi Bankın risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası" (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf) təsdiq edilib, həmin Konsepsiyadan irəli gələrək ARAS adlandırılan Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (Azerbaijan Risk Assessment System) çərçivəsində risk əsaslı nəzarət alətlərinin yaradılması və pilot banklar üzrə testləşdirilməsi təmin olunub.
Nəticədə, ötən ilin dekabr ayında "Mərkəzi Bankın banklara risk əsaslı nəzarət üzrə Təlimatı" təsdiq edilib. Sözügedən Təlimatdan irəli gələrək "Bank Nəzarəti Strategiyası" təsdiq edilib. Strategiya növbəti iki ildə banklar üçün daha aktual hesab olunan risk istiqamətləri üzrə aşağıdakı nəzarət prioritetlərinin icrasını hədəfləyir:
Bankların makroiqtisadi xarakterli təhlükələrə qarşı dayanıqlılığının gücləndirilməsi;
Bankların biznes model dayanıqlığı və gəlirliliyin idarə edilməsi üzrə fəaliyyətinin təkmilləşdirilməsi;
Bankların əməliyyat dayanıqlılığının gücləndirilməsi;
Banklarda risk idarəetmə çərçivəsinin modernizasiyası;
Banklarda korporativ idarəetmə, risk mədəniyyəti və istehlakçı hüquqlarının qorunması üzrə çərçivənin gücləndirilməsi.
Bundan əlavə, qeyd olunan prioritetlərin dəstəklənməsi üçün "Bank Nəzarəti
Strategiyası"nda AMB-nin tənzimləyici çərçivəsinin aşağıdakı istiqamətlər üzrə inkişafı hədəflənir:
Banklarda risklərin idarə edilməsi və stress-testləşdirmə çərçivəsinin təkmilləşdirilməsinə dair tənzimləmələrin modernizasiyası;
AMB-nin 2024-cü ildə təsdiq etdiyi "Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr"in bir hissəsinin tənzimləyici çərçivəyə daxil edilməsi;
Basel III standartları ilə uyğunluğun artırılması istiqamətində banklara münasibətdə Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ICAAP) və Daxili Likvidlik Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ILAAP) üzrə tələblərin tətbiqi;
İqlim və ESİ risklərinin tənzimləmə və nəzarət çərçivəsinə inteqrasiyası.
AMB-nin risk əsaslı nəzarətin tətbiqi üzrə həyata keçirdiyi tədbirlər müvafiq Siyasət Konsepsiyası ilə müəyyən edilmiş məqsədlərə xidmət etməklə yanaşı, həm də bank sektorunun uzunmüddətli dayanıqlı inkişafının təmin olunmasına və potensial şoklara qarşı dayanıqlılığının artırılmasına töhfə verir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“ADA” Universitetinin tenderi ləğv edildi
11.03.2026Daha 8 startap vergidən azad olundu
11.03.2026
500 manatla corab brendi qurdu - 15 manata satır
11.03.2026İcra başçısı 27 nəfəri işdən çıxardı
11.03.2026
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?
11.03.2026“AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib ®
11.03.2026"Bank of Baku" səhmdarlarına dividend ödəyəcək
11.03.2026Azərbaycanda banklara belə nəzarət ediləcək
11.03.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
11.03.2026"Forbes"ə görə dünyanın ən zəngin 5 milyarderi açıqlanıb
11.03.2026
Azərbaycanda toy etmək üçün neçə min manat lazımdır? - ARAŞDIRMA
11.03.2026Azərbaycan nefti ucuzlaşıb
11.03.2026“Kripto əkizləri” müharibə qorxusu ilə 100 milyon dollardan çox "Bitcoin" satdı
11.03.2026Rublu olanların nəzərinə - Məzənnə açıqlandı
11.03.2026