Redaktor
Varlılar borcdan necə fərqli istifadə edir?
Maliyyə mütəxəssisləri Suze Orman və ya Dave Ramsey-in çıxışlarını izləmisinizsə, çox güman ki, borcun "pis" olduğunu və maliyyə məqsədlərinizə çatmağınıza mane ola biləcəyini artıq bilirsiniz.
Lakin “Tesla” şirkətinin böyük səhm ehtiyatına sahib olan İlon Mask, digər bizneslərini dəstəkləmək üçün tez-tez bu səhm payı qarşılığında borc götürür. Bu, çox varlılar arasında geniş yayılmış bir praktikadır.
Bəs bu sistem necə işləyir və orta təbəqə də borcdan sağlam şəkildə faydalana bilərmi?
Orta təbəqə və varlıların borca yanaşması
Orta təbəqə ilə varlılar arasında borca baxış tərzi kökündən fərqlidir. “Əksər insanlar borcu dəyərini itirən şeylərə – avtomobil, geyim, tətil – xərcləmək üçün istifadə edirlər,” – deyə “Aquilance” şirkətinin gəlirlər üzrə baş direktoru Kevin Rid bildirir. “Borcdan əsasən yaşamaq və istehlak üçün istifadə olunur.”
Bu, xüsusilə bu gün aktualdır. Belə ki, PYMNTS sorğusuna görə istehlakçıların 52%-i ərzaq və məişət xərclərini kredit kartları və digər təminatsız borc növləri ilə qarşılayır.
Varlı investorlar isə tez-tez səhm və digər aktivləri girov qoyaraq yeni gəlir gətirəcək işlərə – məsələn, daşınmaz əmlaka və ya biznesə – yatırım edirlər.
“Daha maliyyə baxımından savadlı şəxslər borcdan aktiv əldə etmək və ya onu qorumaq üçün istifadə edirlər: səhmlər, daşınmaz əmlak, biznes və s. Borc onlar üçün likvidlik və vergi ertələmə alətidir ki, bu da sərvətin artmasına şərait yaradır,” – Rid əlavə edir.
İnvestisiyaları saxlamaq
Varlılar yalnız gəlir gətirəcək sahələrə yatırım etmək üçün deyil, həm də bu prosesi aşağı faiz dərəcələri ilə həyata keçirmək üçün borc götürürlər. Bu isə onların sahib olduğu böyük miqdarda girov aktivlərlə mümkündür.
“Ən geniş yayılmış strategiya, likvid vəsait əldə etmək üçün aktivləri satmaq əvəzinə, dəyəri artmış səhmlər və digər aktivlərə qarşı borc götürməkdir,” – deyə “Evergreen Wealth” şirkətinin təsisçisi və baş direktoru Bill Harris qeyd edir.
Səhmləri satmaq əvəzinə onlara qarşı borc götürmək bir neçə üstünlük verir. Əvvəla, bu zaman səhmlərin satışından əldə olunan gəlirə görə kapital artımı vergisi ödənilmir. Bundan əlavə, Harrisin sözlərinə görə, məsələn, Mask kimi şirkətdə əsas paya sahib şəxslər, bu yolla şirkətdəki paylarını da sulandırmırlar.
"Al, borc götür, vəfat et" strategiyası
Harris varlı şəxslərin investisiya və borca yanaşmalarını belə izah edir: “Ənənəvi strategiyalardan biri 'Al, borc götür, vəfat et'dir. Yəni, səhm al, o dəyər qazandıqca satma, ehtiyac olduqda ona qarşı borc götür və vəfat etdikdə kapital artımı vergisini ödəmədən bu sərvəti nəsilə ötür.”
Bu strategiyanın son mərhələsi isə irsə keçən sərvətin qorunmasına kömək edir və ABŞ-da bu “stepped-up basis” adlanan vergi qanunu ilə tənzimlənir.
Bu qanuna görə, vəfat etmiş şəxsin varisinə keçən səhmlər, onun ölüm tarixindəki bazar dəyərinə əsasən qiymətləndirilir. Nəticədə, varis səhmi dərhal satarsa, əvvəlki alış qiyməti deyil, son bazar dəyəri nəzərə alındığı üçün kapital artımı vergisi ödənilmir.
Səhm portfellərindən istifadə
Çox varlı şəxslər portfellərinə qarşı borc götürməklə, daha çox səhm və ya aktiv almaq üçün likvidlik əldə edirlər. Harris izah edir ki, bu strategiya səhmlərin dəyəri artarsa, gəliri artırır, lakin eyni zamanda riskləri də artırır, çünki dəyər azaldıqda itkilər də böyük olur.
Rid əlavə edir ki, onun bir çox müştərisi yalnız o zaman borc götürür ki, borc faizi gözlənilən gəlirdən daha aşağı olsun. Lakin bu, xüsusilə təqaüd üçün nəzərdə tutulan sərmayələrdə orta təbəqə üçün riskli ola bilər.
“Marja kreditləri” (yəni səhmləri almaq üçün götürülən borclar) portfellərə leverec (qaldıraç) əlavə edir – bu da həm riskləri, həm də potensial gəlirləri artırır. Harrisin sözlərinə görə, “Portfeliniz təqaüd ehtiyaclarınızı tam qarşılamadıqca onu leverec etmək düzgün deyil.”
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDaha 8 startap vergidən azad olundu
11.03.2026
500 manatla corab brendi qurdu - 15 manata satır
11.03.2026İcra başçısı 27 nəfəri işdən çıxardı
11.03.2026
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?
11.03.2026“AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib ®
11.03.2026"Bank of Baku" səhmdarlarına dividend ödəyəcək
11.03.2026Azərbaycanda banklara belə nəzarət ediləcək
11.03.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
11.03.2026"Forbes"ə görə dünyanın ən zəngin 5 milyarderi açıqlanıb
11.03.2026
Azərbaycanda toy etmək üçün neçə min manat lazımdır? - ARAŞDIRMA
11.03.2026Azərbaycan nefti ucuzlaşıb
11.03.2026“Kripto əkizləri” müharibə qorxusu ilə 100 milyon dollardan çox "Bitcoin" satdı
11.03.2026Rublu olanların nəzərinə - Məzənnə açıqlandı
11.03.2026