Redaktor
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ABC-Telecom” MMC-nin (Kontakt Home mağazalar şəbəkəsi) fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları üzrə aparılan araşdırmanı yekunlaşdırıb.
Valyuta.az xəbər verir ki, araşdırma nəticəsində Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 23.1.1-ci, 23.1.4-cü və 25.1.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri müəyyən edilib.
Belə ki, HOFFMANN əmtəə nişanı ilə yağla işləyən elektrik qızdırıcılarının satışı zamanı haqsız rəqabət hallarına yol verildiyi qənaətinə gəlinib.
Nəticədə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ABC-Telecom MMC-yə yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və gələcəkdə bu cür pozuntulara təkrar yol verilməməsi barədə müvafiq göstəriş verilib.
Qeyd edək ki, "ABC-Telecom" MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10000 AZN-dir. Şirkətin sahibi Fazil İsrafilov, qanuni təmsilçisi isə oğlu Həsən İsrafilzadədir. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4842069.71 AZN vergi borcu var.

Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDaha 8 startap vergidən azad olundu
11.03.2026
500 manatla corab brendi qurdu - 15 manata satır
11.03.2026İcra başçısı 27 nəfəri işdən çıxardı
11.03.2026
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?
11.03.2026“AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib ®
11.03.2026"Bank of Baku" səhmdarlarına dividend ödəyəcək
11.03.2026Azərbaycanda banklara belə nəzarət ediləcək
11.03.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
11.03.2026"Forbes"ə görə dünyanın ən zəngin 5 milyarderi açıqlanıb
11.03.2026
Azərbaycanda toy etmək üçün neçə min manat lazımdır? - ARAŞDIRMA
11.03.2026Azərbaycan nefti ucuzlaşıb
11.03.2026“Kripto əkizləri” müharibə qorxusu ilə 100 milyon dollardan çox "Bitcoin" satdı
11.03.2026Rublu olanların nəzərinə - Məzənnə açıqlandı
11.03.2026