“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

Redaktor

16.01.2026 14:50
84

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

“Bank Respublika” 2025-ci ilin IV rübünü 60,6 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon manat və ya 19,8% artım deməkdir.

Valyuta.az xəbər verir ki, mənfəətdəki artıma baxmayaraq, faiz xərcləri və öhdəlikləri yüksəlib.

Hesabat dövründə bankın faiz gəlirləri 299,6 milyon manat təşkil edib. Bu göstərici ötən illə müqayisədə 25,9% və ya 61,6 milyon manat artıb. Eyni zamanda, faiz xərcləri də 35,5% artaraq 129,8 milyon manata yüksəlib. Bu artım əsasən cəlb edilmiş kreditlərə görə ödənilən faizlər hesabına baş verib. Bu istiqamətdə xərclər 82,1% artaraq 68,7 milyon manata çatıb. Depozitlər üzrə faiz xərcləri isə 5,1% artaraq 55,2 milyon manat təşkil edib.

Qeyri-faiz xərcləri də əvvəlki illə müqayisədə artaraq 127,7 milyon manata çatıb. Bu, 2024-cü ilin müvafiq göstəricisindən 16,2 milyon manat və ya 14,6% çoxdur.

2025-ci ilin sonuna bankın cəmi aktivləri 2 milyard 725 milyon manata çatıb. Bu göstərici illik müqayisədə 549 milyon manat və ya 25,2% artım deməkdir. Aktivlərin artmasına baxmayaraq, nağd vəsaitlər və onların ekvivalentləri üzrə göstərici 374,6 milyon manata düşüb. Bu, əvvəlki illə müqayisədə 112 milyon manat və ya 23,0% azalma deməkdir.

Cəmi öhdəliklər də artaraq 2 milyard 476 milyon manata çatıb - bu, illik müqayisədə 498 milyon manat və ya 25,2% artıb. Artım əsasən kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər üzrə qeydə alınıb. Bu istiqamətdə öhdəliklər 92,8% artaraq 1 milyard 9 milyon manata çatıb.

Bunun əksinə olaraq, fiziki şəxslərin depozitləri 5,1% azalaraq 603,7 milyon manata düşüb. 2024-cü ildə bu göstərici 636,2 milyon manat idi. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

16.01.2026

İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi? - Hüquqşünas açıqladı

16.01.2026

İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

16.01.2026

Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

16.01.2026

Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

16.01.2026

Minimum maaş Azərbaycanda 21 ildə nə qədər artıb? - CƏDVƏL

16.01.2026

Yeni strategiya nəticə verdi: AFB Bank 2025-ci ildə 43,3% böyüdü! ®

16.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

16.01.2026

Azərbaycan mobil internet sürətinə görə neçənci yerdədir?

16.01.2026

Sabahın hava proqnozu

16.01.2026
"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

16.01.2026

Məzənnə

Yüklənir...