İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

Redaktor

16.01.2026 13:45
25

İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

Bir dövr internet dünyasına damğa vuran və sosial xəbər paylaşımının öncüllərindən hesab olunan “Digg” uzun fasilədən sonra yenidən fəaliyyətə başlayır. 

Valyuta.az xəbər verir ki, quruluş baxımından “Reddit”ə bənzəyən platforma çərşənbə günü etibarilə açıq beta versiyasını istifadəçilərin ixtiyarına verib. Artıq həm veb-sayt, həm də mobil tətbiq üzərindən “Digg” dünyasına qoşulmaq, icmalara üzv olmaq və məzmun istehsal etmək mümkündür. Platformada bir məzmunu bəyənib ön plana çıxarmaq üçün isə onu “qazmaq” (digging) tələb olunur.

"İnkişaf prosesi istifadəçilərlə birlikdə davam edəcək"

“Digg”in baş icraçı direktoru Castin Mezell beta mərhələsinin başlanması ilə bağlı açıqlamasında bu addımın prosesin sonu olmadığını vurğulayıb. Onun sözlərinə görə, açıq beta mərhələsinə keçid platformanın artıq hamının gözü önündə böyüməyə hazır olduğunu göstərir. Castin Mezell bildirib ki, xüsusiyyətlər sınaqdan keçirilir, istifadəçilər diqqətlə dinlənilir və məhsul onlarla birlikdə inkişaf etdirilir. O qeyd edib ki, bu yalnız başlanğıcdır və daxil olan rəylər “Digg”in gələcək istiqamətini müəyyənləşdirəcək.

Tanış adların iddialı tərəfdaşlığı

Yenilənmiş “Digg”in arxasında texnologiya dünyası üçün kifayət qədər tanış simalar dayanır. Platformanın orijinal qurucusu Kevin Rouz və “Reddit”in təsisçilərindən biri olan Aleksis Ohanyan birləşərək “Digg”in yeni dövründə mülkiyyət sahiblərinə çevriliblər. Bu tərəfdaşlığın sosial forumlar və xəbər paylaşımı sahəsində ciddi rəqabət yaradacağı gözlənilir. İstifadəçi mərkəzli bir struktur qurmağı hədəfləyən komanda keçmişin populyar ruhunu müasir dövrün tələbləri ilə uzlaşdırmağı planlaşdırır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

16.01.2026

İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi? - Hüquqşünas açıqladı

16.01.2026

İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

16.01.2026

Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

16.01.2026

Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

16.01.2026

Minimum maaş Azərbaycanda 21 ildə nə qədər artıb? - CƏDVƏL

16.01.2026

Yeni strategiya nəticə verdi: AFB Bank 2025-ci ildə 43,3% böyüdü! ®

16.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

16.01.2026

Azərbaycan mobil internet sürətinə görə neçənci yerdədir?

16.01.2026

Sabahın hava proqnozu

16.01.2026
"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

16.01.2026

Məzənnə

Yüklənir...