Yeni strategiya nəticə verdi: AFB Bank 2025-ci ildə 43,3% böyüdü!

Redaktor

16.01.2026 12:45
91

Yeni strategiya nəticə verdi: AFB Bank 2025-ci ildə 43,3% böyüdü! ®

2025-ci ilin yekun maliyyə nəticələri Bankın inkişaf strategiyasının, risklərin idarə olunmasının və müştəriyönümlü biznes modelinin effektivliyini bir daha təsdiqləyir. 2024-cü ilin sonu ilə müqayisədə Bankın əsas maliyyə göstəriciləri üzrə qeydə alınan əhəmiyyətli artım həm əməliyyat miqyasının genişləndiyini, həm də maliyyə dayanıqlığının daha da möhkəmləndiyini göstərir.

Aktivlər: bünövrənin möhkəmləndirilməsi və davamlı artım

2025-ci ilin sonunda Bankın ümumi aktivləri 423,0 milyon manat təşkil edib ki, bu da illik əsasda 43,3% artım deməkdir. Aktivlərin artımı Bankın biznes istiqamətlərinin inkişafı nəticəsində bazardakı mövqeyinin güclənməsi və resursların daha səmərəli istiqamətləndirilməsi ilə bağlıdır. Hesabat dövründə gəlir gətirən aktivlərin ümumi aktivlərdə payı 82,3%-ə çataraq yüksək səmərəlilik göstəricisi formalaşdırıb.

Kredit portfeli: real sektora dəstək və yüksək dinamika

Bankın kredit portfeli 2025-ci ilin sonunda 300,7 milyon manat olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 64,2% artım deməkdir. Kredit portfelinin 55%-i biznes kreditlərinin payına düşür ki, bunun da 42%-i KOS və korporativ, 13%-i isə mikro və aqro kreditlərdir. Portfelin qalan 45%-i ipoteka və pərakəndə kreditlərdən ibarətdir. Bu göstəricilər Bankın bütün müştəri seqmentlərinə xidmət etdiyini və şaxələndirilmiş inkişaf modelini əks etdirir.

Əmanət portfeli: etimadın göstəricisi

2025-ci ilin sonunda Bankın müştərilərinin əmanətləri 226,4 milyon manata yüksəlib. Bundan əlavə, maliyyə institutlarından, fondlardan və istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaitlərin həcmi 107 milyon manat təşkil edib. Bu, Bankın həm likvidlik, həm də uzunmüddətli resurslar baxımından sağlam baza formalaşdırdığını göstərir.

Mənfəətlilik: güclü sıçrayış

Hesabat dövründə Bank 4,26 milyon manat xalis mənfəət əldə edib. Ötən il ərzində Bankın gəlirləri 17,6% artaraq 36,7 milyon manata çatıb, inzibati xərclər isə 20 milyon manat təşkil edib ki, bu da illik ifadədə 33% artım deməkdir. Artımın əhəmiyyətli hissəsi transformasiya dövründə rəqəmsal həllərə, risklərin idarə edilməsi sisteminə və insan kapitalına yönəldilən investisiyalarla bağlıdır.

Risklər və kapital adekvatlığı

Bankın qeyri-işlək aktivlərinin kredit portfelində payı 41,5% azalıb ki, bu da həmin aktivlərin effektiv idarə olunmasının göstəricisidir. Bankın kapital mövqeyi prudensial normalardan xeyli yüksəkdir:
•    I dərəcəli kapitalın adekvatlıq əmsalı – 21,9%,
•    Məcmu kapitalın adekvatlıq əmsalı – 24,2%.
Məcmu kapitalın həcmi 75,0 milyon manatı ötərək Bankın uzunmüddətli inkişaf və risklərə qarşı davamlılıq potensialını təmin edir.

Strateji perspektiv

2025–2029-cu illəri əhatə edən strategiyanın ilk ilində Bank bir sıra əsas strateji layihələri uğurla həyata keçirib. Hesabat dövründə korporativ bankçılıq və SME istiqamətləri yenidən qurulub, mikrokreditləşmə və pərakəndə bankçılıq üzrə fəaliyyət modelləri formalaşdırılıb, risklərin idarə edilməsi sistemi yenilənib, end-to-end rəqəmsal kreditləşmə həlli istifadəyə verilib və istiqraz buraxılışı həyata keçirilib.

Eyni zamanda, Neftçilər filialı fəaliyyətə başlayıb, Fitch Ratings beynəlxalq reytinq agentliyi Banka “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib. Qarşıdakı dövrdə Bank böyümənin davam etdirilməsini, rəqəmsal transformasiyanın dərinləşdirilməsini və maliyyə bazarlarında mövqeyinin gücləndirilməsini əsas prioritetlər kimi müəyyən edib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

16.01.2026

İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi? - Hüquqşünas açıqladı

16.01.2026

İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

16.01.2026

Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

16.01.2026

Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

16.01.2026

Minimum maaş Azərbaycanda 21 ildə nə qədər artıb? - CƏDVƏL

16.01.2026

Yeni strategiya nəticə verdi: AFB Bank 2025-ci ildə 43,3% böyüdü! ®

16.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

16.01.2026

Azərbaycan mobil internet sürətinə görə neçənci yerdədir?

16.01.2026

Sabahın hava proqnozu

16.01.2026
"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

16.01.2026

Məzənnə

Yüklənir...