Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

Redaktor

16.01.2026 13:10
77

Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

 "Microsoft" 2026-cı ilə dair süni intellekt texnologiyalarında əsas dəyişiklikləri və ön plana çıxacağı gözlənilən 7 əsas tendensiyanı paylaşıb. 

Valyuta.az şirkətin açıqlamasına istinadən xəbər verir ki, süni intellekt sadə bir alət olmaqdan çıxaraq, mütəxəssisliyi dəstəkləyən və qərarvermə proseslərində aktiv rol oynayan bir iş ortağına çevrilir.

2026 süni intellekt trendləri

"Microsoft” rəhbərliyi tərəfindən səsləndirilən proqnozlar aşağıdakı başlıqlar altında cəmlənir:

1. Rəqəmsal iş ortaqlığı

Süni intellektin təkcə suallara cavab verən sistem deyil, komandalarla birlikdə strategiya və məzmun hazırlayan “rəqəmsal həmkar” rolunu üzərinə götürəcəyi gözlənilir.

2. Təhlükəsizlik yönümlü agentlər

Tapşırıqları icra edən süni intellekt agentlərinin sayının artması ilə bu sistemlər üçün aydın identikliklərin müəyyənləşdirilməsi və giriş səlahiyyətlərinin sərhədlərinin təyin olunması kimi yeni təhlükəsizlik protokolları tətbiq ediləcək.

3. Səhiyyə xidmətlərində əlçatanlıq

Süni intellektin yalnız diaqnoz qoymaqla kifayətlənməyərək, müalicə planlaşdırılması və simptomların təhlili kimi sahələrdə səhiyyə işçiləri çatışmazlığının aradan qaldırılmasına töhfə verəcəyi proqnozlaşdırılır. Qeyd olunur ki, “Microsoft”un Diagnostic Orchestrator (MAI-DxO) sistemi mürəkkəb hallarda 85,5 faiz dəqiqlik göstəricisinə nail olub.

4. Elmi kəşf prosesi

Süni intellektin fizika, kimya və biologiya sahələrində təkcə məlumatları ümumiləşdirməklə məhdudlaşmayacağı, eyni zamanda aktiv şəkildə hipotezlər irəli sürən laboratoriya köməkçisi kimi fəaliyyət göstərəcəyi gözlənilir.

5. Səmərəli infrastruktur

Süni intellekt infrastrukturunun ölçüdən daha çox zəkanın keyfiyyətinə yönələcəyi, hesablama gücünün isə qlobal şəbəkələr üzrə daha səmərəli şəkildə paylanacağı vurğulanır.

6. Anbar zəka­sı (repository intelligence)

Proqram təminatının hazırlanmasında süni intellektin yalnız kod yazmaqla kifayətlənməyərək, kodlar arasındakı əlaqələri, tarixi və konteksti dərk etməsi nəticəsində daha keyfiyyətli proqramların yaradılacağı gözlənilir.

7. Kvant və süni intellektin hibridləşməsi

Kvant hesablamanın süni intellekt və superkompüterlərlə birləşərək molekulyar modelləşdirmə və materialşünaslıq sahələrində yeni dəqiqlik səviyyəsi formalaşdıracağı bildirilir. Bu istiqamətdə hazırlanmış “Majorana 1” çipinin səhvlərin korreksiyası üçün nəzərdə tutulmuş arxitekturası ilə prosesə mühüm töhfə verdiyi qeyd olunur.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

16.01.2026

İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi? - Hüquqşünas açıqladı

16.01.2026

İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

16.01.2026

Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

16.01.2026

Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

16.01.2026

Minimum maaş Azərbaycanda 21 ildə nə qədər artıb? - CƏDVƏL

16.01.2026

Yeni strategiya nəticə verdi: AFB Bank 2025-ci ildə 43,3% böyüdü! ®

16.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

16.01.2026

Azərbaycan mobil internet sürətinə görə neçənci yerdədir?

16.01.2026

Sabahın hava proqnozu

16.01.2026
"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

16.01.2026

Məzənnə

Yüklənir...