Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

Redaktor

16.01.2026 15:43
99

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

Xəbər verdiyimiz kimi, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeron yarımadası ərazisində məcburi köçürmələrin olacağını açıqlamışdı.

Bu məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub.  

Xüsusilə bu ərazilərdə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinə kompensasiyanın hansı əsaslarla ödəniləcəyi və sənədli-sənədsiz tikililərə münasibət suallara səbəb olur.

Valyuta.az bildirir ki, mövzu ilə bağlı Day.Az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Palatasının Hüquq şöbəsinin rəhbəri, əmlak hüququ üzrə ekspert Sübhan Rəsulzadə bildirib ki,  su, yağış və tullantı sistemlərinin mühafizə zonalarında yerləşən ev və tikililərin sökülməsi zamanı kompensasiya mexanizmi mütləq şəkildə Azərbaycan Respublikasının Konstitusiyası və mövcud mülki qanunvericiliyin tələbləri əsasında həyata keçirilməlidir: "Konstitusiyanın 29-cu maddəsi mülkiyyət hüququnun toxunulmazlığını təmin edir və dövlət ehtiyacları üçün özgəninkiləşdirməyə yalnız əvvəlcədən, ədalətli və real bazar dəyərinə uyğun kompensasiya ödənilməsi şərti ilə yol verir. Bu prinsip "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203, 207 və 248-ci maddələrində konkret hüquqi mexanizmlərlə təsbit olunub".

Ekspert vurğulayıb ki, sənədləri tam qaydasında olan yaşayış və qeyri-yaşayış obyektləri üzrə kompensasiya yalnız tikilinin fiziki dəyəri ilə məhdudlaşmamalıdır. Bu zaman tikilinin yerləşdiyi torpaq sahəsi, mühəndis və kommunikasiya şəbəkələrinə qoşulma imkanları, əmlakdan istifadənin dayandırılması nəticəsində yaranan itkilər, köçürülmə ilə bağlı xərclər və mülkiyyətçinin əmlakdan iqtisadi fayda əldə etmək imkanlarının itirilməsi də qiymətləndirməyə daxil edilməlidir. Bütün bu hesablamalar yalnız müstəqil və sertifikatlı qiymətləndiricilər tərəfindən aparılmalı, kompensasiya real bazar şəraitini əks etdirməlidir".

Sübhan Rəsulzadənin sözlərinə görə, sənədsiz tikililər kompensasiya mexanizmlərindən avtomatik şəkildə kənarlaşdırılmır: "Bu hallarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq tikilinin faktiki mövcudluğu, uzun müddət fasiləsiz istifadə edilməsi, kommunal və mühəndis şəbəkələrinə qoşulması, eləcə də bələdiyyə və icra strukturlarının tikiliyə uzunmüddətli faktiki münasibəti kimi hallar hüquqi baxımdan qiymətləndirilməlidir. O qeyd edib ki, bu yanaşma artıq Azərbaycan məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqelərlə də uyğunlaşır və hər bir iş üzrə fərdi hüquqi qiymətləndirmə aparılmasını zəruri edir".

O əlavə edib ki, Nazirlər Kabineti tərəfindən qəbul ediləcək qərarlarda sənədli və sənədsiz tikililərin fərqləndirilməsi üçün açıq, ölçülə bilən, hüquqi cəhətdən əsaslandırılmış və hamı üçün bərabər tətbiq edilən meyarlar əvvəlcədən ictimaiyyətə təqdim edilməlidir: "Eyni zamanda kompensasiya ödənişi, alternativ yaşayış sahəsinin verilməsi və ya mərhələli köçürmə mexanizmləri aydın və icraolunan formada müəyyən olunmalıdır. Yalnız hüquqi müəyyənlik, şəffaflıq və proqnozlaşdırıla bilən mexanizmlər bu cür həssas söküntü prosesinin sosial gərginlik yaratmadan və dövlət-vətəndaş münasibətlərinə zərər vermədən həyata keçirilməsini təmin edə bilər". - deyə, Rəsulzadə fikrini tamamlayır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Google" "Gemini 3"ü "Gmail"ə əlavə etdi: 2026-cı ildə e-poçt necə dəyişəcək?

16.01.2026

“Baku Electronics” də qaydaları pozub - Agentlik göstəriş verdi

16.01.2026

ASCO-nun yeni sədri kimdir? - DOSYE

16.01.2026

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

16.01.2026

"Azər Türk Bank"ın mənfəəti azalıb

16.01.2026

Varlılar borcdan necə fərqli istifadə edir?

16.01.2026

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

16.01.2026

İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi?

16.01.2026

İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

16.01.2026

Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

16.01.2026

Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

16.01.2026

Məzənnə

Yüklənir...