"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

Redaktor

24.01.2026 10:35
325

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

“Apple” "iPhone"un batareyasının xidmət müddətini uzatmaq və sürətlənmiş aşınmanın qarşısını almaq üçün onu düzgün necə enerji ilə doldurmaq lazım olduğuna dair rəsmi xəbərdarlıq yayıb.

Valyuta.az xəbər verir ki, şirkətin məlumatına görə, smartfonun 100%-ə qədər doldurulması litium-ion akkumulyatorun daha tez köhnəlməsinə səbəb olur və batareyanın daxilində kimyəvi və mexaniki gərginlik yaradır. “SuperCardBlondie” yazır ki, bu hal xüsusilə cihazın 1–2 il aktiv istifadəsindən sonra daha aydın hiss olunur.

“Apple” "iPhone"un enerji səviyyəsini tam 100 faizə çatdırmamağı, təxminən 95% səviyyəsində doldurmanı dayandırmağı tövsiyə edir. Bu sadə yanaşma batareyanın aşınmasını azaltmağa və avtonomluqda ciddi dəyişiklik olmadan onun uzunömürlülüyünü artırmağa imkan verir.

Şirkət həmçinin rəsmi sertifikatlaşdırılmış enerji adapterləri və kabellərdən istifadə etməyin vacibliyini vurğulayır. Çünki ucuz “Çin istehsalı” adapter və kabellər təhlükəsizlik standartlarına cavab verməyə, hətta yanğın riski və ya cihazın zədələnməsi ilə nəticələnə bilər.

Bundan başqa, “Apple” iOS sistemində "Optimized Battery Charging" funksiyasını tətbiq edib. Bu funksiya "iPhone" yüksək enerji səviyyəsinə çatdıqda doldurmanı avtomatik şəkildə ləngidir və akkumulyatorun sağlamlığını qoruyur. Süni intellekt vasitəsilə istifadəçi vərdişləri öyrənilir və telefon 100%-ə yalnız istifadə vaxtına yaxın doldurulur.

Beləliklə, "iPhone" batareyasının mümkün qədər uzun müddət stabil işləməsini istəyirsinizsə, onu daim 100%-ə qədər doldurmaqdan çəkinin və enerji yığımı zamanı 95% qaydasına əməl edin.

Qeyd edək ki, daha əvvəl “Apple” istifadəçiləri "iPhone"u gecə boyu enerji yığımı vəziyyətində saxlamaqdan çəkinməyə çağırmışdı, xüsusilə də cihaz yastığın, yorğanın altında və ya bədənə yaxın olduqda.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...