İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

Redaktor

24.01.2026 13:30
422

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

Kriptovalyuta sənayesi bir çox xüsusiyyəti ilə tanınır, xüsusilə də aktivlərin müxtəlifliyi ilə.

Kriptovalyuta termini geniş mənada işlədilsə də, əslində bu sahədə hər an on minlərlə token mövcuddur. Bu tokenləri sadələşdirmək üçün geniş kateqoriyalara bölmək mümkündür.

Əgər investor kimi bu sahəyə daxil olmaq istəyirsinizsə, kriptovalyutaların fərqli növlərini və onların necə işlədiyini bilməlisiniz. Bu biliklər sizə hansı tokenləri almağın məqsədəuyğun olduğunu və fərqli token kateqoriyalarının üstünlükləri ilə çatışmazlıqlarını anlamaqda kömək edəcək.

Valyuta.az bəzi əsas kateqoriyalar təqdim olunur:

Ənənəvi tokenlər

Bu kateqoriyaya “Bitcoin” və “Ethereum” kimi tokenlər daxildir. Onlar konkret blokçeynə bağlı olur və əsasən ödəniş və ya spekulyativ ticarət məqsədilə istifadə olunur. Bu tokenlərin dəyəri təklif və tələbdən asılı olaraq dəyişir və müxtəlif sahələrdə tətbiq edilə bilər.

Utilit (xidmət) tokenləri

Bu tokenlər konkret layihəyə bağlı olur və həmin layihə daxilində funksiyalara çıxış üçün istifadə edilir. Məsələn, “MANA” tokeni oyun layihəsi ilə əlaqəlidir. Bu növ tokenlər xidmətlərə çıxış üçün, layihə daxilində ticarət üçün, mükafatların açılması və s. məqsədlə istifadə oluna bilər. Onlar əsasən spesifik layihələrlə bağlı olur və bu baxımdan ənənəvi tokenlərdən fərqlənirlər.

Mim (meme) tokenlər

Bu tokenlər internet memləri və ya populyar mədəniyyətlə bağlı olur. Onların tanınması və dəyəri əsasən icma dəstəyi ilə formalaşır. Bir çox mim tokenin praktik funksiyası yoxdur və sadəcə əyləncə və ya spekulyasiya məqsədilə alınır. “Pepe”, “BONK”, “Dogwifhat” kimi tokenlər buna nümunədir. Bəzi hallarda isə real istifadə imkanları da mövcuddur.

Fan tokenlər

Kriptovalyutalar insanların bir araya gəlməsi üçün yeni imkanlar yaradıb. Məşhur sənətçilər və futbol klubları kimi ictimai qurumlar fan tokenlər təqdim ediblər. Bu tokenlər vasitəsilə pərəstişkarlar layihələrə daha yaxın ola bilir və xüsusi imkanlara çıxış əldə edirlər. Nümunələrə “PSG” və “Santos” fan tokenləri daxildir.

Stabilkoinlər

Bu tokenlərin dəyəri ənənəvi valyutaya və ya aktivə bağlanır. Məsələn, ABŞ dollarına bağlı stabilkoinin dəyəri hər zaman 1 dollar civarında olur. Ənənəvi kriptovalyutaların qiyməti bazarda dəyişkən olsa da, stabilkoinlər sabitliyə üstünlük verən investorlar üçün cəlbedicidir.

İnvestisiya tokenləri

Bu tokenlər daşınmaz əmlak və yüksək dəyərli sənət əsərləri kimi investisiya aktivlərinin rəqəmsallaşdırılması üçün istifadə olunur. Layihəyə aid mülkiyyət hissələrə bölünür və token formasında satışa çıxarılır. Beləliklə, böyük məbləğlər xərcləmədən kiçik paylara sahib olmaq mümkündür. Əldə olunan gəlirlər müvafiq paya sahib olan investorlar arasında bölüşdürülür.

Məxfi tokenlər

Bu tokenlər məxfilik əsaslı blokçeyn üzərində qurulur və əməliyyat tarixçəsini gizli saxlayır. “Bitcoin” və “Ethereum”dan fərqli olaraq, bu tokenlərlə edilən əməliyyatlar izlənilə bilmir. “Monero” bu kateqoriyaya daxildir. Bu tokenlər bəzən neqativ məqsədlərlə istifadə edilsə də, məxfiliyə üstünlük verən istifadəçilər arasında populyardır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...