Redaktor
İnsan pul qazanmağı mübarizə kimi gördükdə, daha az nəticə əldə edir
Əksər insanlar daha çox pul qazanmağın yolunu daha çox işləməkdə, daha çox əziyyət çəkməkdə görür. Lakin sahibkar və yazıçı Aleks Meters fərqli düşünür. O hesab edir ki, maliyyə uğuruna nail olan insanlar bu prosesi stress və məcburiyyət kimi deyil, maraqlı və yaradıcı fəaliyyət kimi qəbul etməyi bacarırlar. Məhz buna görə də onlar həm yeni imkanlar yaradır, həm də gəlirlərini artırırlar.
Valyuta.az xəbər verir ki, Meters uzun illər ərzində bizneslərini böyütməyə kömək edən bir sıra vərdişləri bölüşərək, daha çox pul qazanmaq istəyənlər üçün maraqlı tövsiyələr təqdim edib.
O hesab edir ki, insan pul qazanmağı daimi mübarizə kimi gördükdə, əslində daha az nəticə əldə edir.
Onun fikrincə, maliyyə uğuru qazanan insanlar bu prosesi əyləncəli və yaradıcı hala gətirməyi bacarırlar. Məhz buna görə də pul qazanma prosesində rahatlıq, həvəs və yaradıcılıq mühüm rol oynayır.
Meters qeyd edir ki, pul yaratmaq üçün lazım olan enerji insanın zövq aldığı fəaliyyətlərdən yaranır. O, bu fikrini məşhur rəssam Andy Warholun sözləri ilə əsaslandırır:
“Pul qazanmaq sənətdir, işləmək sənətdir və yaxşı biznes ən böyük sənətdir”.
Müəllifə görə, bizneslərini böyütməyə kömək edən əsas vərdişlərdən biri davamlı şəkildə daha çox pul qazanmağa qərarlı olmaqdır.
O bildirir ki, insanların əksəriyyəti maliyyə məqsədlərinə kifayət qədər bağlılıq göstərmir, lakin eyni zamanda gəlirlərinin az olmasından şikayətlənirlər. Pul qazanmaq istəyən şəxslər məqsədlərini mütəmadi olaraq yazmalı, niyə daha çox gəlir əldə etmək istədiklərini özlərinə xatırlatmalıdırlar.
Meters hesab edir ki, insan pul qazanmaqdan çəkinməməlidir: "Biz iqtisadi qanunlarla idarə olunan dünyada yaşayırıq. Buna görə də pul qazanmaq prosesindən həzz almağı öyrənmək lazımdır”.
Ekspertin tövsiyə etdiyi digər vacib vərdiş isə insanlarla əlaqələr qurmaqdır. Onun sözlərinə görə, hər gün bacarıqlarınızla fayda verə biləcəyiniz insanlarla əlaqə yaratmaq uzunmüddətli perspektivdə yeni imkanların yaranmasına səbəb olur.
Meters etiraf edir ki, gənclik illərində öz dizayn şirkətini qurarkən bu məqama kifayət qədər diqqət ayırmayıb və nəticədə gəlirlərində tez-tez durğunluq yaşanıb.
“Biznesin əsas həyat mənbəyi insanlardır. Bu gün dostluq və əlaqələr qurun ki, sabah yeni imkanlar yarada biləsiniz”, - deyə o vurğulayır.
Müəllif gəlirlərin mütəmadi təhlil edilməsini də vacib hesab edir. Onun fikrincə, insanlar həftə ərzində gördükləri işləri analiz etməli və hansı fəaliyyətlərin real gəlir gətirdiyini müəyyənləşdirməlidirlər.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAvro və rubl dəyər itirir
08.06.2026
12 000 manatı olan şəxs 4500 manatlıq məhsulu nağd yox, kredit kartı ilə alır - Səbəb
08.06.2026Dünyanın ən bahalı bunkerləri
08.06.2026İnsan pul qazanmağı mübarizə kimi gördükdə, daha az nəticə əldə edir
08.06.2026Xaricə satışdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
07.06.2026IATA: Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır
07.06.2026Mobil çiplər arasında performans fərqi 15 dəfəyə çatıb
07.06.20262026-cı ilin 10 əsas smartfonu: Büdcə modellərindən flaqmanlara qədər
07.06.2026Sabah Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək
07.06.2026Avropada hər kəsin ən azı bir dəfə ziyarət etməli olduğu 5 az tanınan yer
07.06.2026“Son zəng” neçəyə başa gəlir?
07.06.2026