Redaktor
2026-cı ilin 10 əsas smartfonu: Büdcə modellərindən flaqmanlara qədər
2026-cı ildə smartfon bazarı daha da rəqabətli olub: artıq tək bir lider yoxdur və müxtəlif modellər müxtəlif kateqoriyalarda üstünlük qazanır. Seçim isə əsasən istifadəçinin prioritetlərindən asılıdır.
Valyuta.az xəbər verir ki, “Tech Advisor” redaksiyası "Apple", "Samsung" və digər brendlərin onlarla modelini real şəraitdə test edib: oyun performansı, batareya ömrü və kamera keyfiyyəti kimi göstəricilər qiymətləndirilib. Nəticədə 2026-cı ilin ən yaxşı smartfonları müəyyən edilib.
Google Pixel 10 Pro XL – 2026-cı ilin ən yaxşı smartfonu
Premium dizayn, sənayedə ən yaxşı ekran, “ağıllı” kamera sistemi və uzunmüddətli proqram dəstəyi ilə seçilir. Mənfi tərəfləri – böyük ölçü və yüksək qiymət.
Oppo Find X9 Pro – ən yaxşı kamera telefonu
Çində istehsal olunan bu flaqman ən inkişaf etmiş kamera sistemlərindən biri, böyük batareya və keyfiyyətli ekranla təchiz olunub. Lakin qiyməti yüksəkdir və yenilənmə dəstəyi rəqiblərə nisbətən qısadır.
Galaxy S26 Ultra – ən yaxşı proqram təminatı
"Samsung" flaqmanı AI funksiyaları və təhlükəsizlik imkanları ilə fərqlənir. Modelin Android yeniləmələrini 2033-cü ilə qədər alacağı bildirilir.
Ən yaxşı iPhone – iPhone 17
120 Hz ekran, artan yaddaş və Pro modellərə yaxınlaşan batareya ömrü ilə yenilənib. Lakin bəzi AI funksiyaları hələ stabil deyil, kamera isə demək olar ki, dəyişməyib.
OnePlus 15 – performans lideri
Maksimal sürət, güclü batareya və sürətli şarj ilə seçilir. Amma kamera keyfiyyəti flaqman rəqiblərdən geri qalır.
Xiaomi 17 Ultra – iPhone və Samsung-a alternativ
Gecə çəkilişi və portretlərə fokuslanan kamera sistemi və güclü performans təqdim edir. Qiymət isə yüksəkdir.
Galaxy S25 FE – ən yaxşı orta seqment telefon
AMOLED ekran, yaxşı batareya və Samsung-un AI funksiyaları ilə seçilir, lakin kamera və performans flaqmanlardan geri qalır.
iPhone 17 Pro Max – ən yaxşı premium iPhone
Böyük və parlaq ekran, güclü prosessor və təkmilləşdirilmiş video çəkiliş sistemi ilə fərqlənir. Mənfi tərəfləri – yüksək qiymət və iri ölçü.
Xiaomi 17 – ən yaxşı kompakt flaqman
6,3 düymlük kompakt ekran, güclü batareya və yüksək parlaqlıq təqdim edir. Lakin proqram interfeysi bəzi istifadəçilər üçün mübahisəlidir.
CMF Phone 2 Pro – ən yaxşı büdcə telefonu
200 dollar qiymətinə yaxın, sadə, stabil və qeyri-adi dizaynlı modeldir. Əsas funksiyaları təmin edir və bu qiymət seqmentində ciddi çatışmazlığı yoxdur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərXaricə satışdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
07.06.2026IATA: Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır
07.06.2026Mobil çiplər arasında performans fərqi 15 dəfəyə çatıb
07.06.20262026-cı ilin 10 əsas smartfonu: Büdcə modellərindən flaqmanlara qədər
07.06.2026Sabah Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək
07.06.2026Avropada hər kəsin ən azı bir dəfə ziyarət etməli olduğu 5 az tanınan yer
07.06.2026“Son zəng” neçəyə başa gəlir?
07.06.2026