Avropada hər kəsin ən azı bir dəfə ziyarət etməli olduğu 5 az tanınan yer

Redaktor

07.06.2026 12:28
56

Avropada hər kəsin ən azı bir dəfə ziyarət etməli olduğu 5 az tanınan yer

Roma, Paris və Barselona kimi böyük turizm mərkəzləri turist axınından ciddi şəkildə əziyyət çəkir və sadəcə foto çəkmək üçün yer tapmaq belə çətin olur. Buna görə də səyahətçilər daha az populyar, lakin eyni dərəcədə cəlbedici istiqamətlər axtarmağa başlayıblar.

Valyuta.az xəbər verir ki, "Travel off path" bloqunda müəllif Tayler Foks Avropada turistlər tərəfindən hələ tam kəşf edilməmiş, lakin mütləq ziyarət edilməli olan yerlərin siyahısını təqdim edib.

Zaqori regionu, Yunanıstan

Pind dağlarının şimal-qərbində yerləşən bu ucqar yayla 46 yaxşı qorunmuş daş kəndi ilə tanınır. Bütün bölgə Vikos dərəsi ilə əhatə olunub. Bu dərənin eni ilə müqayisədə dərinliyi Ginnesin Rekordlar Kitabına dünyanın ən dərin kanyonlarından biri kimi düşüb.

Yerlı əhali əsrlərdir sement istifadə etmədən mürəkkəb daş tağlı körpülər inşa edir. Burada qədim daş yollarla Voidoqomatis çayına qədər gəzinti etmək mümkündür. Çay kristal təmiz bulaqlarla qidalanır və ilboyu 8,5°C temperaturunu saxlayır.

Senya adası, Norveç

Son illərdə Avropada yayların daha isti keçməsi səbəbindən Norveçin şimalında yerləşən Senya adası turistlər üçün cəlbedici alternativə çevrilir. Ada Arktik dairədən 300 km şimalda yerləşir və Lofoten adalarına bənzər, lakin daha sakit təbiət mənzərələri təqdim edir.

Burada Hesten qayalıqlarına qalxaraq dənizə kəskin şəkildə düşən nəhəng Segla monolitini izləmək mümkündür. Bundan əlavə, bölgədə Barens dənizindən adanın sularına doğru miqrasiya edən xüsusi arktik treska növü – skrey dadmaq tövsiyə olunur.

Marvao, Portuqaliya

Marvao VIII əsrdə əsası qoyulmuş, 800 metrdən yüksək kvarts qayası üzərində yerləşən orta əsr qəsəbəsidir. XIII əsr daş divarları ilə tam əhatə olunmuş bu kənd sanki buludlar üzərində dayanan ağ qala kimi görünür.

Banska Ştavnitsa, Slovakiya

Bu şəhər qədim vulkanın çökən kalderası daxilində inşa olunub. Keçmişdə burada gümüş və qızıl mədənləri sayəsində böyük sərvət toplanıb, lakin ehtiyatlar tükəndikdən sonra şəhər inkişafdan geri qalıb və demək olar ki, zamanın içində donub.

Maraqlı mühəndislik nümunəsi olan “Tayxı” adlı 60 süni göl sistemi əvvəlcə mədənlərin su basmasının qarşısını almaq üçün yaradılıb. Bu gün isə meşələrlə əhatələnmiş istirahət zonası kimi istifadə olunur.

Bera yarımadası, İrlandiya

İrlandiyanın ən vəhşi sahil bölgələrindən biri hesab olunur. Burada Healy keçidinin dolama yolları boyunca kilometrlərlə hərəkət edərkən nadir hallarda başqa avtomobillə rastlaşmaq olur.

Yarımadanın qərb hissəsində isə İrlandiyanın yeganə kanat yolu yerləşir və Atlantik okeanı üzərindən Dursi adasına qədər uzanır. Bölgə həm də dəniz məhsulları və yerli pab mədəniyyəti ilə məşhurdur.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Xaricə satışdan milyonlar qazanan Azərbaycan şirkətləri  - CƏDVƏL

07.06.2026

IATA: Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır

07.06.2026

Mobil çiplər arasında performans fərqi 15 dəfəyə çatıb

07.06.2026

2026-cı ilin 10 əsas smartfonu: Büdcə modellərindən flaqmanlara qədər

07.06.2026

Sabah Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək

07.06.2026

Avropada hər kəsin ən azı bir dəfə ziyarət etməli olduğu 5 az tanınan yer

07.06.2026

“Son zəng” neçəyə başa gəlir?

07.06.2026
Əllərində heç bir tibbi preparat olmadan milyonlarla insanın həyatını xilas etdi

Əllərində heç bir tibbi preparat olmadan milyonlarla insanın həyatını xilas etdi

07.06.2026

Dünyanın ən eksklüziv qatar səyahətləri: Bəzi marşrutlara düşmək üçün illərlə gözləmək lazım gəlir

06.06.2026

ABŞ sahibkarları niyə digərlərindən daha uğurludur?

06.06.2026

Dünyanın ən çox qazanan 10 idmançısı açıqlanıb: Ronaldo yenidən zirvədədir

06.06.2026

"Nəqliyyat Təlim Mərkəzi"nin rəhbərliyi dəyişib

06.06.2026

Azərbaycan əczaçılıq məhsullarının idxalına 171 milyon dollar xərcləyib

06.06.2026

ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub

06.06.2026

Kirayə mənzillər bahalaşacaq

06.06.2026

Bitkoin 3 %-dən çox ucuzlaşıb

06.06.2026

Fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar artıb

06.06.2026

Baffetin varisi portfeli yenidən qurdu: aktivlərin 61%-i 5 səhmdə

06.06.2026

Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

06.06.2026

Bakıda bu ərazilərdə söküntü planlaşdırılır

06.06.2026

Məzənnə

Yüklənir...