Redaktor
Kirayə mənzillər bahalaşacaq
Yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakının kirayə mənzil bazarında hər il müəyyən canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələnlər, turist axınının artması və tələbələrin yerləşmə axtarışları bazarda qiymətlərə təsir göstərən amillər sırasında göstərilir.
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, yay mövsümündə Bakı, Sumqayıt və Gəncə şəhərlərində təhsil alan tələbələrin geri dönüşü ilə kirayə mənzil fondunda müəyyən boşalmalar yaranır və bu, qiymətlərin nisbətən sabitləşməsinə səbəb olur.
"İstirahət məqsədilə kirayəyə verilən bağ evləri seqmentində isə vəziyyət fərqlidir. Abşeron yarımadasında və Bakı ətrafında yerləşən bağ evlərinə maraq iyunun 15-20-dən sonra artmağa başlayır. Hazırda ev sahibləri bazarı qiymətləndirir və əmlaklarını ilkin mərhələdə daha yüksək qiymətlərlə təklif edirlər. Lakin iyunun ikinci yarısında bazarın real tələbi formalaşdıqca, qiymətlər də daha dəqiq müəyyənləşir".
Ekspert həmçinin vurğulayıb ki, bu il bazarda müəyyən fərqliliklər ola bilər:
"Çünki Ərəb körfəzi ölkələrindən turist axınında azalmalar müşahidə olunur. Bununla belə, Rusiya və digər ölkələrdən gələn turistlərin sayında artım ola bilər. Hazırda bu barədə dəqiq proqnoz vermək çətindir. Bazar hələ formalaşma mərhələsindədir və kirayə verənlər tələbin səviyyəsini müəyyənləşdirməyə çalışırlar.
Şəhərin mərkəzi hissəsində, xüsusilə sutkalıq kirayə mənzillərə tələbat daha yüksəkdir. Subarenda məqsədilə istifadə olunan bir və ikiotaqlı mənzillərin tapılması əvvəlki illərlə müqayisədə çətinləşib. Bunun əsas səbəblərindən biri şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində həyata keçirilən söküntü işləridir".
E.Azadov onu da əlavə edib ki, pilot layihələr çərçivəsində köhnə yaşayış fondunun bir hissəsi dövriyyədən çıxır:
"Nəticədə münasib qiymətə təklif olunan mənzillərin sayı azalır. Onların yerində inşa edilən yeni yaşayış binalarında isə mənzillər daha yüksək qiymətlərlə bazara çıxarılır. Bu da kirayə qiymətlərinə təsirsiz ötüşmür.
Hesab edirəm ki, kirayə mənzil bazarında əsas qiymət artımı ənənəvi olaraq avqust-sentyabr aylarında müşahidə olunacaq”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən çox qazanan 10 idmançısı açıqlanıb: Ronaldo yenidən zirvədədir
06.06.2026"Nəqliyyat Təlim Mərkəzi"nin rəhbərliyi dəyişib
06.06.2026Azərbaycan əczaçılıq məhsullarının idxalına 171 milyon dollar xərcləyib
06.06.2026ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub
06.06.2026Kirayə mənzillər bahalaşacaq
06.06.2026Bitkoin 3 %-dən çox ucuzlaşıb
06.06.2026Fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar artıb
06.06.2026Baffetin varisi portfeli yenidən qurdu: aktivlərin 61%-i 5 səhmdə
06.06.2026Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək
06.06.2026Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
06.06.2026Meşə fındığı ixracından gəlirimiz 1 ildə 25,9 milyon dollar artdı
06.06.2026Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb
06.06.2026“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
06.06.2026Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb
06.06.2026Dünya bazarlarında neft ucuzlaşıb
06.06.2026“Prime Cotton” nun ixrac gəlirləri 63,2 faiz artıb
06.06.2026"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
06.06.2026