Redaktor
Mobil çiplər arasında performans fərqi 15 dəfəyə çatıb
“GSMArena” ekspertləri son iki il yarım ərzində buraxılmış 70 mobil çipseti test edib.
Valyuta.az xəbər verir ki, tədqiqat nəticəsində ən güclü və hələ də müasir smartfonlarda istifadə olunan ən zəif həll arasında performans fərqinin 15 dəfəyə çatdığı müəyyən edilib.
Araşdırma “GeekBench” testlərinin birnüvəli və çoxnüvəli nəticələrinə, həmçinin “3DMark Wild Life Extreme” qrafik bençmarkına əsaslanıb. Müəlliflər müqayisəni yalnız CPU və GPU performansı ilə məhdudlaşdırıb, kamera imkanları, süni intellekt funksiyaları və digər göstəricilər isə nəzərə alınmayıb.
Tədqiqatın əsas nəticələrindən biri flaqman çiplər arasında performans yaxınlaşmasının müşahidə olunmasıdır. Bir neçə il əvvəl bazarda üstünlük adətən bir istehsalçıya məxsus idisə, hazırda “Qualcomm”, “MediaTek”, “Samsung” və “Apple” həlləri oxşar səviyyədə çıxış edir. “Snapdragon 8 Elite Gen 5”, “Dimensity 9500”, “Exynos 2600” və “A19 Pro” eyni premium kateqoriyada yer alaraq, istifadəçi təcrübəsində ciddi fərq yaratmır.
Bununla belə, “Apple” birnüvəli performans üzrə liderliyini qoruyur. “A19 Pro” testlərdə ən yüksək nəticəni göstərərək interfeys reaksiyası və gündəlik tapşırıqların icrasında üstünlük nümayiş etdirir.
“Qualcomm” isə qrafik performansında ön plana çıxır. Yüksək tezlikli versiya olan “Snapdragon 8 Elite Gen 5” həm çoxnüvəli CPU testlərində, həm də GPU göstəricilərində lider mövqelərdə qərarlaşıb və xüsusilə qrafik gücdə üstünlüyü ilə seçilir.
“MediaTek” də son dövrlərdə mövqelərini gücləndirib. Şirkət nəinki flaqman seqmentinə yaxınlaşıb, həm də orta seqmentdə yüksək performansı daha əlçatan qiymətə təqdim etməyə başlayıb. Tədqiqatın nəticələrinə görə, “Dimensity 8000” seriyasının bəzi modelləri flaqman səviyyəsinə yaxın qrafik güc təklif edir.
“Samsung” da müsbət dinamika nümayiş etdirib. “Exynos 2600” uzun müddətdən sonra ilk dəfə rəqabətə tam uyğun səviyyədə çıxış edərək “Qualcomm” həlləri ilə fərqi minimuma endirib.
“Google”un “Tensor” seriyası isə fərqli mövqedə qalır. “Tensor G5” CPU performansında kifayət qədər yaxşı nəticələr göstərsə də, qrafik göstəriciləri digər flaqman platformalardan geri qalır.
Son illərdə ən böyük texnoloji inkişaf qrafik sürətləndiricilər sahəsində baş verib. CPU performansında artım tədricən baş versə də, GPU gücü daha sürətli yüksəlib və nəticədə ən güclü ilə büdcə çipləri arasında fərq onlarla dəfə ölçülür.
Eyni zamanda, ucuz seqmentdə inkişafın zəifləməsi də müşahidə olunur. Orta seqment flaqmanlara yaxınlaşsa da, giriş səviyyəli prosessorlar inkişaf tempinə görə geri qalır.
Bu tendensiyalar mobil prosessor bazarında performans uçurumunun həm daraldığını, həm də bəzi sahələrdə (xüsusilə GPU tərəfində) hələ də çox böyük fərqlərin qaldığını göstərir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərIATA: Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır
07.06.2026Mobil çiplər arasında performans fərqi 15 dəfəyə çatıb
07.06.20262026-cı ilin 10 əsas smartfonu: Büdcə modellərindən flaqmanlara qədər
07.06.2026Sabah Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək
07.06.2026Avropada hər kəsin ən azı bir dəfə ziyarət etməli olduğu 5 az tanınan yer
07.06.2026“Son zəng” neçəyə başa gəlir?
07.06.2026