Redaktor
Maliyyə dünyasında Z nəsli sarsıntısı: Gənclərin investisiya anlayışı necə dəyişib?
Gənclərin investisiya və yığım vərdişləri əvvəlki nəsillərdən nəzərəçarpacaq dərəcədə fərqlənir.
Valyuta.az xəbər verir ki, bunu türk iqtisadçı Məhəmməd Bayram deyib.
Onun sözlərinə görə, gənclər artıq ev, avtomobil və torpaq kimi uzunmüddətli investisiyalardan daha çox təcrübə yönümlü xərclərə, rəqəmsal aktivlərə və qısamüddətli investisiya alətlərinə üstünlük verirlər.
Pandemiyadan sonra dəyişən iqtisadi şərtlər gənclərin pul idarəetməsi və investisiya yanaşmasını da dəyişdirib. Ənənəvi investisiya vasitələrinə məsafəli yanaşan gənclərin daha kiçik büdcəli, sürətli əlçatanlığı olan və rəqəmsal investisiya alətlərinə yönəldiyi bildirilir. Məhəmməd Bayram xüsusilə Z nəslinin əvvəlki nəsillərdən fərqli iqtisadi baxışa sahib olduğunu vurğulayıb. Onun fikrincə, gənclər üçün artıq yığım qədər “təcrübə qazanmaq” da prioritetə çevrilib:
“Əvvəla onu deyim ki, gənclərdə yığım vərdişi yoxdur. Bu, yaxşıdırmı, pisdirmi deyə bilmirəm, amma ümumi yanaşma pul yığmaq istiqamətində deyil. Gənclərin prioriteti pulu gələcək üçün saxlamaqdan çox, daha çox yer görmək, daha çox kəşf etmək və xərcləyərək təcrübə toplamaqdır".
Məhəmməd Bayram pandemiya dövrünün gənclərin iqtisadi baxışına ciddi təsir etdiyini və mülkiyyət anlayışında dəyişiklik yaratdığını bildirib:
"Xüsusilə gənclər pandemiyadan sonra investisiya vərdişlərində ciddi qırılma yaşadı. Bu qırılma mülkiyyət anlayışının zəifləməsi idi. Yəni ev almaq, maşın almaq, torpaq almaq kimi uzunmüddətli investisiyalar əvəzinə daha çox səyahət etmək, müxtəlif ölkələrdə yaşamaq və öz ölkəsinə bağlı qalmamaq düşüncəsi formalaşıb".
Pandemiya dövrünün yığım davranışına təsiri barədə isə o, belə deyib:
"Evdə qaldıqları dövrdə pulun hər şey olmadığını gördükdən sonra gənclərin yığım və investisiya anlayışı tamamilə dəyişdi".
İqtisadçı gənclərin daha əlçatan və kiçik məbləğli investisiya alətlərinə yönəldiyini qeyd edib:
"Gənclərə qısamüddətli qazanc imkanı verən, eyni zamanda investisiya etməyə imkan yaradan müxtəlif alətlər təqdim edilməlidir. Yəni bu gün bir qəhvə pulu ilə belə investisiya etmək mümkündürsə, onu istədiyi vaxt geri çəkə bilməli və yenidən investisiya edə bilməlidir".
O, uzunmüddətli maliyyə modellərinin də gəncləri investisiyaya yönəldə biləcəyini bildirib:
"Avropada olduğu kimi lizinq sistemi ilə fiziki şəxslərə uzunmüddətli investisiya imkanı yaradıla bilər. Əgər 15 illik konut krediti 30-40 ilə qədər uzadılsa, gənclər investisiya edər. Çünki onlar gəlirlərinin böyük hissəsini bu cür uzunmüddətli öhdəliklərə yönəltmək istəmirlər. Daha çox təcrübə, bilik və həyat təcrübəsi qazanmağa üstünlük verirlər".
Məhəmməd Bayramın sözlərinə görə, son illərdə gənc investorların marağı daha çox rəqəmsal aktivlərə doğru dəyişib:
"Gənclərin bir hissəsi artıq birjada da aktivdir. Kriptovalyuta bazarı ilə bağlı məlumat axınını izləyən gənclər bu bilikləri birjada tətbiq edə bilirlər".
O həmçinin bildirib ki, ənənəvi investisiya kanalları gənclər üçün cəlbediciliyini itirir:
"Artıq gənclər kuyumçuya gedib qızıl almaq əvəzinə, evdən rəqəmsal platformalar vasitəsilə qızıla bağlı investisiya alətlərini seçirlər".
İqtisadçı nəsillərarası fərqlərə də toxunaraq sosial medianın bu dəyişiklikdə böyük rol oynadığını bildirib. Onun sözlərinə görə, maaşların aşağı olması və gənclərin öz ixtisaslarına uyğun olmayan sahələrdə işləməsi də investisiya marağını azaldır.
“Z nəsli valideynlərinin vərdişlərini davam etdirmir. Maaşların yetərsizliyi səbəbilə gənclər ayrıca ev qura bilmir, ailə qurmaq və uşaq sahibi olmaq isə uzunmüddətli planlara çevrilib. Digər mühüm məqam isə məlumat əldə etmə sürətidir. Gənclər artıq informasiya axtarmaq üçün saatlarla vaxt sərf etmir, süni intellekt vasitəsilə saniyələr içində cavab alırlar. Bu da onların ənənəvi və uzunmüddətli investisiya davranışlarını zəiflədir", deyə Məhəmməd Bayram bildirib.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər3 milyondan çox yığımı olan, ödəniş edilməyən sığorta növləri - CƏDVƏL
08.06.2026“Kredit sahəsində çalışan qadınlar azdır deyə, bankların filial müdirləri daha çox kişilərdir” - MÜSAHİBƏ
08.06.2026DİM-dən xəbərdarlıq: qeydiyyat bu gecə başa çatır
08.06.2026Avro və rubl dəyər itirir
08.06.2026
12 000 manatı olan şəxs 4500 manatlıq məhsulu nağd yox, kredit kartı ilə alır - Səbəb
08.06.2026Dünyanın ən bahalı bunkerləri
08.06.2026İnsan pul qazanmağı mübarizə kimi gördükdə, daha az nəticə əldə edir
08.06.2026Xaricə satışdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
07.06.2026IATA: Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır
07.06.2026Mobil çiplər arasında performans fərqi 15 dəfəyə çatıb
07.06.20262026-cı ilin 10 əsas smartfonu: Büdcə modellərindən flaqmanlara qədər
07.06.2026Sabah Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək
07.06.2026Avropada hər kəsin ən azı bir dəfə ziyarət etməli olduğu 5 az tanınan yer
07.06.2026“Son zəng” neçəyə başa gəlir?
07.06.2026