Redaktor
12 000 manatı olan şəxs 4500 manatlıq məhsulu nağd yox, kredit kartı ilə alır - Səbəb
Bəzən insanlar böyük məbləğli alış-verişlər zamanı ödənişi birdəfəyə etmək əvəzinə hissə-hissə ödəməyi seçirlər. Bu məqsədlə onlar bankların təqdim etdiyi kredit kartları və taksit məhsullarından istifadə edirlər. Hətta pulu olduqda belə hissəli ödənişi seçirlər. Bəzi hallarda kredit kartından istifadə uzunmüddətli vərdişə çevrilir və şəxs illərlə bu maliyyə alətindən yararlanır.
İnsanlar niyə böyük məbləği birdəfəyə ödəmək əvəzinə hissə-hissə ödəməyi seçirlər?
Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a bildirib ki, hesabında 12 min manat sərbəst vəsaiti olan bir şəxsin 4 500 manatlıq alış-veriş zamanı birdəfəlik ödəniş əvəzinə 12 aylıq faizsiz hissəli ödənişi seçməsi ilk baxışda rasional görünməyə bilər:
"Lakin bank sektorunda aparılmış uzunmüddətli müşahidələr göstərir ki, bu qərar əksər hallarda maliyyə çatışmazlığından deyil, insanların pulu necə qavramasından qaynaqlanır. İnsan beyni maliyyə vəsaitlərini vahid büdcə kimi deyil, müxtəlif məqsədlər üçün ayrılmış psixoloji “qutular” şəklində qəbul edir. Bu səbəbdən, 4 500 manatı birdəfəlik şəkildə ehtiyat vəsaitindən çıxarmaq təhlükəsizlik hissini azaldır və yüksək psixoloji xərc yaradır. Eyni məbləğin aylıq hissələrə bölünərək cari xərclər kateqoriyasına daxil edilməsi isə daha rahat qəbul olunur.
Burada söhbət yalnız xərclənən məbləğdən getmir. Həmin vəsaitin başqa maliyyə alətlərinə yönəldilməsi nəticəsində əldə oluna biləcək potensial gəlir də nəzərə alınmalıdır. Bu səbəbdən, yüksək gəlirli şəxslərin bir qismi faizsiz hissəli ödənişi istehlak aləti kimi deyil, sərbəst vəsaitin idarə olunması mexanizmi kimi qiymətləndirir. 4 500 manatı dərhal xərcləmək əvəzinə, həmin vəsaiti hissəli ödəniş müddəti ərzində gəlir gətirən alternativ investisiya və ya maliyyə alətində saxlamaq nəzəri baxımdan əlavə dəyər yarada bilər".

Ekspert vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin birinci rübü üzrə “Ödəniş sistemləri” statistik bülleteninə əsasən, bank kartları ilə həyata keçirilən qeyri-nağd əməliyyatların həcmi illik müqayisədə əhəmiyyətli artım göstərərək 12,5 milyard manatı ötüb:
"Bu göstərici ölkədə rəqəmsal ödənişlərin sürətlə genişləndiyini təsdiqləyir. Hesabatda kredit kartlarının sayı 2,5 milyon ədəd göstərilib. Bununla belə, qeyd edim ki, bu rəqəm aktiv kartların sayını ifadə edir və birbaşa tək istifadəçi sayı kimi oxunmamalıdır.
Kredit kartı hər zaman üstün maliyyə aləti hesab oluna bilməz. Bir sıra hallarda bu mexanizm əlavə risklər yaradır. Belə ki, hissəli ödəniş nəticəsində sərbəst qalan vəsaitin əlavə istehlaka yönəldilməsi ikiqat xərcləmə effektinə səbəb ola bilər. Eyni zamanda inflyasiya səviyyəsi əldə edilə biləcək depozit və ya investisiya gəlirini üstələdikdə, saxlanılan vəsait real dəyərini itirir".
İ.Məmmədov həmçinin bir neçə paralel hissəli öhdəliyinin zamanla aylıq büdcəyə ciddi yük yarada biləcəyini qeyd edib:
"Gəlirin azalması və ya işsiz qalma hallarında isə ödəniş öhdəlikləri məhsulun istifadəsindən asılı olmayaraq qüvvədə qalır. Kredit kartları bankların pərakəndə bankçılıq modelində mühüm yer tutur. Banklar bu sahədən əsasən tranzaksiya haqları, tərəfdaş şirkətlərdən əldə olunan komissiyalar və müştəri ilə uzunmüddətli münasibətlər hesabına gəlir əldə edirlər.
Bank üçün ideal müştəri sabit gəlirə və yüksək ödəniş intizamına malik şəxsdir. Burada hədəf iflas deyil, dayanıqlı maliyyə münasibətidir. Hesabda vəsait ola-ola hissəli ödənişi seçmək, bəzən ən müdrik, bəzən isə ən bahalı illüziyadır. Bu iki vəziyyət arasındakı fərqi müəyyən edən əsas amil kalkulyator deyil, şüurlu maliyyə qərarıdır".
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
"Bəzən 300 nəfərin işsiz qalmaması üçün 50 nəfərin ixtisarı qaçılmaz ola bilər"
"Bank xeyriyyə təşkilatı deyil, kommersiya qurumudur"
"Təcrübə az olduqda yüksək "kredit çiyni" risklidir"
İcarə müqaviləsi bağlanmadan obyektə yatırım etmək hansı risklər yaradır?
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda ®
08.06.20263 milyondan çox yığımı olan, ödəniş edilməyən sığorta növləri - CƏDVƏL
08.06.2026“Kredit sahəsində çalışan qadınlar azdır deyə, bankların filial müdirləri daha çox kişilərdir” - MÜSAHİBƏ
08.06.2026DİM-dən xəbərdarlıq: qeydiyyat bu gecə başa çatır
08.06.2026Avro və rubl dəyər itirir
08.06.2026
12 000 manatı olan şəxs 4500 manatlıq məhsulu nağd yox, kredit kartı ilə alır - Səbəb
08.06.2026Dünyanın ən bahalı bunkerləri
08.06.2026İnsan pul qazanmağı mübarizə kimi gördükdə, daha az nəticə əldə edir
08.06.2026Xaricə satışdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
07.06.2026IATA: Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır
07.06.2026Mobil çiplər arasında performans fərqi 15 dəfəyə çatıb
07.06.20262026-cı ilin 10 əsas smartfonu: Büdcə modellərindən flaqmanlara qədər
07.06.2026Sabah Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək
07.06.2026Avropada hər kəsin ən azı bir dəfə ziyarət etməli olduğu 5 az tanınan yer
07.06.2026“Son zəng” neçəyə başa gəlir?
07.06.2026