Redaktor
İnnovasiya və Təchizat Mərkəzi 1 həftədə 3 dəfə eyni şirkətə sifariş verdi
İnnovasiya və Təchizat Mərkəzinin elan etdiyi tender yekunlaşıb.
Valyuta.Az dövlət satın almaların vahid internet portalına istinadən xəbər verir ki, Mərkəzin şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində tibbi sərfiyyat mallarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC olub.
Tərəflər arasında 731.941,6 AZN-lik müqavilə imzalanıb.
Qeyd edək ki, adıçəkilən şirkət son 1 həftədə Mərkəzin elan etdiyi 3 tenderin qalibi olub.
İlk olaraq, "Zeytun Pharmaceuticals" MMC 21.02.2025 tarixində Mərkəzin, "uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin" satın alınması (2025-ci il üzrə) ilə bağlı 592.461,83 AZN-lik tenderinin qalibi olub.
Elə həmin gündə yenidən tərəflər arasında "ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı üzrə xərclər çərçivəsində dərman, baxım və sarğı vasitələrinin" satın alınması (2025-ci il üçün) ilə bağlı 5.579.464,28 AZN-lik müqavilə imzalanıb.
Onu da əlavə edək ki, "Zeytun Pharmaceuticals" MMC 2024-cü ildə Mərkəz tərəfindən elan edilən 11 tenderin qalibi olub.
Əldə etdiyimiz məlumata əsasən, tərəflər arasında:
⇒ 24.09.2024 tarixində ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması ilə bağlı 7.041.121,93 AZN-lik;
⇒ 23.09.2024 “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması ilə bağlı 2.509.479,8 AZN-lik;
⇒ 11.09.2024 tarixində “Uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələri”nin satın alınması ilə bağlı 3.329,26 AZN-lik;
⇒ 04.09.2024 tarixində “Dağınıq skleroz xəstələrinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramın”da nəzərdə tutulan dərman vasitələrinin satın alınması ilə bağlı 15.140,18 AZN-lik;
⇒ 04.09.2024 tarixində “Tibbi cihaz və sərfiyyat malları”nın satın alınması ilə bağlı 11.811.210 AZN-lik;
⇒ 04.07.2024 tarixində “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramının icrası məqsədilə sərfiyyat malları"nın satın alınması ilə bağlı 7.237.654,6 AZN-lik;
⇒ 01.07.2024 tarixində “İmtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri”nin satın alınması ilə bağlı 16.208.345,48 AZN-lik;
⇒ 25.06.2024 tarixində “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması ilə bağlı 12.400.370,31 AZN-lik;
⇒ 29.05.2024 tarixində “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramına əsasən dərman vasitələri”nin satın alınması ilə bağlı 561.483,18 AZN-lik;
⇒ 14.05.2024 tarixində “Dağınıq skleroz xəstələrinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nda nəzərdə tutulan dərman vasitələrinin satın alınması ilə bağlı 4.049.541,11 AZN-lik;
⇒ 24.04.2024 tarixində isə “Uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələri”nin satın alınması ilə bağlı 628.447 AZN-lik mqavilələr imzalanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4000 AZN olan şirkətin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBarbara Corcoranın pulunuzla etməməyi tövsiyə etdiyi 5 şey
08.07.2026Süni intellekt şirkəti "Zhipu" 4 milyard dollarlıq səhm satışı planlaşdırır
08.07.2026Uğurlu sahibkarlar nə edirlər və siz də bunu necə bacara bilərsiniz?
08.07.2026"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır
08.07.2026"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib
08.07.2026Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf
08.07.2026"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb
08.07.2026“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var
08.07.2026"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır
08.07.2026"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb
08.07.20265 iqtisadi rayonda kredit faizləri yüksək olub
08.07.2026“ING” “Singular Bank”ın 40 faiz payını alır
08.07.2026"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib
08.07.2026“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir
08.07.2026