İlon Maskdan qalmaqallı çağırış: “ChatGPT-dən uzaq durun”

Redaktor

21.01.2026 17:40
386

İlon Maskdan qalmaqallı çağırış: “ChatGPT-dən uzaq durun”

Milyarder sahibkar İlon Mask süni intellekt əsaslı chatbot "OpenAI"nin məhsulu olan "ChatGPT" ilə bağlı iddiaları yenidən gündəmə gətirib.

Valyuta.az xəbər verir ki, Mask sosial şəbəkədə "chatbot"un bir sıra ölüm halları, o cümlədən intiharlarla əlaqələndirildiyini iddia edib və istifadəçiləri bu platformadan uzaq durmağa çağırıb.

Paylaşımda iddia olunur ki, "ChatGPT"nin istifadəsi ilə əlaqəli ümumilikdə 9 ölüm halı qeydə alınıb, onlardan 5-də qarşılıqlı əlaqələrin intihara səbəb olduğu bildirilir. Lakin "Forbes" bu statistikanı müstəqil şəkildə təsdiqləyə bilmədiyini, məlumatın mənbəsinin təqdim olunmadığını qeyd edib.

Bundan bir neçə saat sonra Sam Altman məsələ ilə bağlı açıqlama verərək vəziyyəti “faciəvi və mürəkkəb” adlandırıb. Altman cavabında Maska məxsus "Grok" adlı "chatbot"u və "Tesla"nın "Autopilot" funksiyasını tənqid edib. O bildirib ki, "Autopilot" sistemi ilə bağlı baş verən qəzalarda onlarla insan həyatını itirib və bu texnologiyanın təhlükəsizliyi sual altındadır.

Altmanın sözlərinə görə, o, "Autopilot" funksiyası aktiv olan avtomobildə cəmi bir dəfə səfər edib və həmin vaxt bu sistemin istifadəyə verilməsinin təhlükəsiz olmadığı qənaətinə gəlib. Mask isə uzun müddətdir "Autopilot"un insan səhvlərini azaltdığını və həyatları xilas etdiyini iddia edir.

Qeyd edək ki, "Tesla" bu yaxınlarda tam avtonom idarəetmə (FSD) xidmətinin birdəfəlik 8 min dollarlıq satış modelindən aylıq abunə sisteminə keçəcəyini açıqlayıb.

Məsələ ilə bağlı "National Highway Traffic Safety Administration"ın (NHTSA) 2024-cü il hesabatında "Tesla"nın "Autopilot" sisteminin son illərdə təxminən 1 000 yol qəzası ilə əlaqələndirildiyi, bu hadisələrdən 20-dən çoxunun ölümlə nəticələndiyi bildirilir. Araşdırmalara əsasən, qəzaların əksəriyyətində sürücülərin diqqətsizliyi və texnologiyanı tam avtonom sistem kimi qəbul etməsi əsas rol oynayıb.

Qeyd edək ki, Mask və Altman arasındakı qarşıdurma "OpenAI"nin 2015-ci ildə təsis edildiyi dövrdən başlayır. Mask 2018-ci ildə təşkilatın idarə heyətindən ayrılıb və sonradan şirkətin kommersiya yönümlü modelə keçməsini tənqid edib. Altman isə bu dəyişikliyin qabaqcıl süni intellekt tədqiqatlarının maliyyələşdirilməsi üçün zəruri olduğunu bildirib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“zypl.ai” 5,5 milyon dollar investisiya alıb

18.03.2026

Bu şəxslər ömürlük pensiya alacaq - Ali Məhkəmə

18.03.2026

"Şirkətlərin bayramlara risk yox, strateji fasilə kimi yanaşması lazımdır"

18.03.2026

Xəzər dənizində zəlzələ olub

18.03.2026
Bayram günlərində bu 4 bank işləməyəcək

Bayram günlərində bu 4 bank işləməyəcək

18.03.2026

Çay idxalı 37%-dən çox geriləyib

18.03.2026
Bayram günündə işləyən banklar və “exchange”lər açıqlandı

Bayram günündə işləyən banklar və “exchange”lər açıqlandı - SİYAHI

18.03.2026

Neftimizin qiyməti ucuzlaşıb

18.03.2026

İbrahim Əhmədov departament direktoru təyin edildi

18.03.2026

Rubl ucuzlaşarkən, avro bahalaşmaqda davam edir

18.03.2026
"Marketinqi düzgün başa düşən bizneslər yalnız satış etmir"

"Marketinqi düzgün başa düşən bizneslər yalnız satış etmir" - Marketoloq

18.03.2026

Təsadüfən zəngin olan insanların inanılmaz hekayələri - SƏHƏR OXUSU

18.03.2026

Müharibə və bahalıq dolları gücləndirir - İnvestorlar "təhlükəsiz limanlara" üz tutur

17.03.2026

Peçenye ilə 1 milyard dollarlıq biznes

17.03.2026

Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək

17.03.2026

9 milyard dollarlıq yapon təyyarəsi bir sərnişin daşımadı - Səbəb nədir?

17.03.2026

Qlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır

17.03.2026

2026-cı ildə marketinq trendləri: kiçik bizneslər üçün yeni imkanlar

17.03.2026

Müharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu

17.03.2026

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®

17.03.2026

Məzənnə

Yüklənir...