Qlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır

Redaktor

17.03.2026 19:42
37

Qlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır

Dünya üzrə saxlanılan məlumatların qlobal həcmi 181 zettabayta çatdığı üçün bu böyük trafik özü ilə əhəmiyyətli kiber risklər gətirir. 

Valyuta.az xəbər verir ki, məlumatların saniyədə 29 terabayt sürətlə axdığı bugünkü dünyada məlumat sızmalarının qlobal dəyəri orta hesabla 4,45 milyon dollara çatıb. Bu artım təşkilatları məlumatların saxlanması və təhlükəsizlik strategiyalarını yenidən qiymətləndirməyə sövq edir.

Bazar analizlərinə görə, dünya üzrə istehsal olunan saxlanılan məlumatların həcmi illik 23,13% artım göstərir. Hər gün təxminən 2,5 kentilyon bayt məlumat istehsal olunan ekosistemdə, bulud hesablama və süni intellekt kimi sahələr məlumat təhlükəsizliyinə güvənir. "TD SYNNEX" tərəfindən paylaşılan məlumatlar göstərir ki, hər 10 iş ortağından 8-i gələcəkdə monitorinq və fəlakət bərpası kimi idarə olunan xidmətlərə fokuslanacaq.

Məlumat itkilərinin maliyyəti artdıqca, klassik depolama metodlarının kifayət etmədiyi vurğulanır. 

"Veeam" tərəfindən yayımlanan hesabatlar da göstərir ki, müasir məlumat qoruma həllərinin əsas xüsusiyyəti kibertəhlükəsizlik vasitələri ilə inteqrasiyadır. İş ortaqlarının 82,5%-i fəlakət bərpası proseslərini idarəetmə xidmətlərinin mərkəzinə qoymağı planlaşdırır.

"TD SYNNEX" məlumat təhlükəsizliyini təmin etmək istəyən müəssisələr üçün texniki tövsiyələr təqdim edir:

3-2-1 qaydasını tətbiq edin: Məlumatıarın ən az 3 nüsxəsini yaradın, bunları 2 fərqli mühitdə saxlayın və bir nüsxəni fiziki olaraq fərqli bir yerdə qoruyun.

Müntəzəm yoxlamalar aparın: Depolama proseslərini avtomatlaşdırın və bu depoların bərpa oluna bildiyini dövri testlərlə yoxlayın.

Dəyişdirilə bilməyən sistemlərdən istifadə edin: Fidyə proqramlarının depo fayllara girişini əngəlləmək üçün şifrələnmiş və üzərinə yazıla bilməyən sistemləri seçin.

İnteqrasiya olunmuş təhlükəsizlik strukturu yaradın: Depolama planını giriş icazələri, güncəl təhlükəsizlik proqramları və işçi təlimlərini əhatə edən ümumi kibertəhlükəsizlik strategiyası ilə birləşdirin.

"TD SYNNEX" Türkiyə prezidenti Behçet Yumrukçallı qeyd edir ki, məlumat işin davamlılığı üçün həyati əhəmiyyət kəsb edir və həllər bir-birindən ayrıq deyil, inteqrasiya olunmuş ekosistem şəklində qurulmalıdır. Şirkət həm distribyutor fəaliyyətlərini, həm də ucdan-uca texnologiya dəstəyini təmin etməklə müəssisələrin risklərə qarşı hazırlığını gücləndirməyi hədəfləyir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək

17.03.2026

9 milyard dollarlıq yapon təyyarəsi bir sərnişin daşımadı - Səbəb nədir?

17.03.2026

Qlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır

17.03.2026

2026-cı ildə marketinq trendləri: kiçik bizneslər üçün yeni imkanlar

17.03.2026

Müharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu

17.03.2026

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®

17.03.2026

Türkiyənin dollar milyarderi qadınları

17.03.2026

“PAŞA Bank”ın keçmiş əməkdaşına “ABB”də vəzifə verildi

17.03.2026

Prezident nazirlikdə müavinlərin sayını artırdı

17.03.2026

Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®

17.03.2026

"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir

17.03.2026

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Məzənnə

Yüklənir...