Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

Redaktor

17.03.2026 15:11
99

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda sabit genişzolaqlı internet bazarı üzrə 2026-cı ilin fevral ayına dair göstəriciləri açıqlayıb. “Ookla” şirkətinin metodologiyası və “Speedtest Intelligence” məlumatları əsasında hazırlanan təhlildə provayderlərin performansı bu dəfə dörd ayrı sürət kateqoriyası üzrə təqdim olunub.

Valyuta.az xəbər verir ki, yeni təsnifat modelinə əsasən, bazarda fəaliyyət göstərən internet xidmət təchizatçıları “çox yüksək”, “yüksək”, “orta” və “aşağı” sürət seqmentləri üzrə qruplaşdırılıb. Bu yanaşma istifadəçilərə provayderlərin real performans göstəricilərini daha aydın müqayisə etmək imkanı yaradır.

Hesabata görə, ən yüksək nəticə göstərən provayderlər 150 Mbps-dən yuxarı median sürət intervalında yer alıb. Bu kateqoriyada “Azeronline” və “Aztelekom” qərarlaşıb. 101–149 Mbps aralığını əhatə edən yüksək sürət kateqoriyasında isə “FiberNET” göstərilib.

Ən geniş provayder qrupu 50–100 Mbps intervalını əhatə edən orta sürət seqmentində cəmləşib. Bu kateqoriyada “ARTKOM”, “AiləTV”, “Alfanet”, “Alnet”, “AzFiberNet”, “Aznet”, “Bline”, “Bulud Telecom”, “Citynet+Sazz”, “Connect CJSC”, “GSP”, “KATV 1”, “Metronet”, “Netpoint”, “SHAKH Telecom”, “Selnet” və “SparkTel” yer alıb.

1-49 Mbps intervalını əhatə edən aşağı sürət kateqoriyasında isə “Fiberon”, “FlexNET”, “Nest Fiber”, “Smart Online”, “Teleport” və “TransEuroCom” qeyd olunub.

İKTA-nın açıqladığı fevral göstəricilərinə əsasən, ölkə üzrə sabit genişzolaqlı internetin median yükləmə sürəti 91,38 Mbps, median göndərmə sürəti 93,12 Mbps, median gecikmə isə 4 ms təşkil edib. Bu nəticələr bazarda əsas sıxlığın orta sürət seqmentində formalaşdığını, lakin daha yüksək performans təqdim edən provayderlərin də fərqlənməyə başladığını göstərir.

Hesabatın əvvəlki aylardan əsas fərqi ondadır ki, provayderlər bu dəfə vahid siyahı formasında deyil, performans səviyyələrinə görə ayrıca qruplar halında təqdim edilib. Bu da həm istifadəçilər, həm də bazar iştirakçıları üçün internet xidmətlərinin keyfiyyətini daha strukturlaşdırılmış formada izləməyə şərait yaradır.

Qeyd edək ki, “Citynet+Sazz” üzrə göstərici İKTA tərəfindən hər iki provayderin median məlumatlarının ədədi ortası əsasında hesablanıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb

17.03.2026

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb

17.03.2026

"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?

17.03.2026

Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu

17.03.2026

Məzənnə

Yüklənir...