Redaktor
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov
Satış sahəsində tez-tez belə bir vəziyyətlə qarşılaşırıq. Müştəri yaxınlaşır, məhsulun qiymətini soruşur, hətta bəyənir, amma sonda heç nə almadan çıxıb gedir. Bu, bir çox satıcının yaşadığı real vəziyyətdir. Maraqlanan çox olsa da, real alıcı az olur. Bəs bunun səbəbi nədir?
"SAT Group” şirkətinin həmtəsisçisi, satış təlimçisi Azad Qəhrəmanov Valyuta.az-a bildirdi ki, bu cür maraqlanan şəxslər əslində, potensial müştəridir: “Mağaza satışında buna ziyarətçi deyirlər. Alıb-almayacağı bəli deyil. İstənilən halda, onlara yaxşı xidmət göstərməliyik. Almasa belə, biz onun yadında işinə peşəkar yanaşan, səmimi xidmət göstərən məkan kimi qalmalıyıq. Bəzən bu cür müştərilərin maraqlanıb almaması bizi narahat edir. Ancaq anlamaq lazımdır ki, satışda statistika işləyir. Əgər mağazaya 50 nəfər gəlirsə, 20 nəfəri sadəcə baxıb gedir, 30-u maraqlanır, yalnız 5 nəfər real alıcı olur. Bir sahibkar onun üzərində işləməlidir ki, bu statistikanı yaxşılaşdırsın. Yekunda gündəlik alış edən 5 müştərini qaldırıb 10 etsin. Zamanla o statistikanı artırmaq olar. Amma yenə də, təbii ki, almayanlar olacaq”.

A.Qəhrəmanov deyir ki, burada sahibkarların diqqət etməli olduğu əsas nüanslar var: “Birincisi, elə bir mühit yaratmalıdır ki, mağazaya daxil olan, yaxud onlaynda yazan müştəri xoş ünsiyyət görməlidir. Digər nüans əməkdaşların inkişaf etdirmək lazımdır ki, potensial müştərini real alıcıya çevirməyi bacarmalıdır. Maraqlanan şəxslərin daha çoxuna satış edə bilsinlər. Müştərilərin ala biləcəyi məhsullar yaratmaq və ya hazırlamaq lazımdır ki, gələn adamlar özlərinə və ehtiyaclarına uyğun məhsul tapa bilsinlər. Bu məsələlərə diqqət yetirərək şirkət və ya sahibkar öz müştərilərinin sayını artıra və daha çox mənfəət əldə edə bilər”.
Şəbnəm İbrahimxəlilova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov
17.03.2026Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI
17.03.2026Sabah Azərbaycanda 17 dərəcə isti olacaq
17.03.2026Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®
17.03.2026Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı
17.03.2026"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi
17.03.2026Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb
17.03.2026Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb
17.03.2026"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?
17.03.2026Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu
17.03.2026İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim
17.03.2026Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®
17.03.2026Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
17.03.2026