Redaktor
Müharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu
"Goldman Sachs Group Inc." analitiklərinə görə, Yaxın Şərqdə müharibə xam neftdən daha çox aviasiya və dizel yanacağına təsir göstərəcək.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, analitiklərə görə, bir sıra neft məhsullarının qiyməti xam neftdən daha çox artıb. Orta və ağır neftin tədarükündə ciddi fasilələr dizel, aviasiya yanacağı və mazut istehsalının azalması riskini yaradır.
ABŞ-İsrail müharibəsi İrana qarşı Hörmuz boğazı vasitəsilə neft və neft məhsullarının ixracını demək olar ki, tam dayandırıb və bölgədə enerji infrastrukturasına hücumlar olub. Bu, neft istehsalçılarının hasilatı kəskin azaltmasına və bəzi neft emalı zavodlarını dayandırmasına səbəb olub.
Xam neftin qiyməti ilk hücumlardan sonra 40%-dən çox artıb – Brent markalı neftin qiyməti 100 dollar/barel səviyyəsini keçib, lakin bəzi neft məhsullarının qiyməti bundan daha çox artıb. Asiyanın bəzi hissələrində yanacağın qiyməti iki dəfə yüksəlib, Cənubi Koreya isə Çin və Taylandı izləyərək yerli bazarları qorumaq üçün ixrac məhdudiyyətləri tətbiq edib.
"Goldman Sachs" analitiklərinin bildirdiyinə görə: “Fars körfəzi neft ixracının təxminən 60%-i orta və ağır neftdən ibarətdir ki, bu da adətən aviasiya yanacağı, dizel və mazut istehsalı üçün istifadə olunur. Yaxın Şərqdən kənar alternativ istehsalçılar daha məhduddur”.
Ekspertlər həmçinin bildirirlər ki, konfliktin yaratdığı qlobal fasilələr ligroin – neft-kimya məhsullarının istehsalı üçün vacib yan məhsul – və aviasiya yanacağına da təsir edəcək.
Asiya Fars körfəzindən ligroinin təxminən 50%-ni idxal edir, Avropa isə buradan aviasiya yanacağının 40%-ni alır.
ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya neft və neft məhsullarının satışına qoyulmuş qadağanı ləğv edib. Hazırda bu, 30 günlük müvəqqəti yüngülləşmədir.
Eyni zamanda, Avropa İttifaqının baş diplomatlarından Kaya Kallas qeyd edir ki, Hörmüz boğazının blokadası Kreml üçün faydalıdır və ABŞ-ın Rusiya neftinə qarşı sanksiyaların yumşaldılması təhlükəli presedent yaradır. Bu səbəbdən Avropa İttifaqı BMT ilə birgə Yaxın Şərqdə Ukraynadakı “buğda dəhlizi” nümunəsində analoji nəqliyyat dəhlizi yaratmağı müzakirə edir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır
17.03.20262026-cı ildə marketinq trendləri: kiçik bizneslər üçün yeni imkanlar
17.03.2026Müharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu
17.03.2026Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®
17.03.2026Türkiyənin dollar milyarderi qadınları
17.03.2026“PAŞA Bank”ın keçmiş əməkdaşına “ABB”də vəzifə verildi
17.03.2026Prezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026