Redaktor
Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi layihələrlə cəmiyyətin həssas qruplarına dəstəyini davam etdirir. Müqəddəs Ramazan bayramı və Novruz bayramı ərəfəsində bank tərəfindən 100 şəhid ailəsi ziyarət olunub.
Bankın təşəbbüsü, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə Quba və Qusar rayonları üzrə II Qarabağ müharibəsi ailələri ziyarət edilib. Görüşlər zamanı ailələrə Ramazan bayramına özəl hazırlanmış sovqatlar təqdim olunub.
Ziyarətlər çərçivəsində Rabitəbankın nümayəndələri şəhid ailələrini bayram münasibətilə təbrik edib, Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bildirilib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı yalnız sosial dəstək deyil, həm də onların yanında olmağın, mənəvi dəyərlərin qorunmasının və cəmiyyət olaraq birliyimizin ifadəsidir.
Qeyd edək ki, Rabitəbank fəaliyyəti dövründə hər zaman şəhid ailələri və qazilərə yönəlmiş sosial layihələr həyata keçirib, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edib. Bank bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirməyi qarşısına əsas məqsədlərdən biri kimi qoyub.
Rabitəbank hər zaman “Rahat bankçılıq” prinsipi ilə yanaşı, cəmiyyətə dəyər qatmağı da prioritet hesab edir və sosial məsuliyyət təşəbbüsləri ilə bu dəyərləri yaşatmağa davam edir.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMüharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu
17.03.2026Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®
17.03.2026Türkiyənin dollar milyarderi qadınları
17.03.2026“PAŞA Bank”ın keçmiş əməkdaşına “ABB”də vəzifə verildi
17.03.2026Prezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026